Bir Qurtarıcıya İnam – 2

  Bismillahir rəhmanir rəhim

Bəzi hədis kitablarında bu məsələ ilə əlaqədar hissələrə yer verilmişdir. Əhli sünnət alimlərindən bir çoxu bu ümmətin Mehdisinin ə.f) Hz. Peyğəmbərlə (s) eyni adı daşıdığını, onun nəsilindən olduğunu, dünyanın ömrünün tükənməsindən əvvəl gələcəyini, dünyanı ədalətlə doldurub ədalətlə idarə edəcəyini qəbul edirlər. Bu mövzudakı hədislərin mütəvatir [1] olduğuna inanırlar. Dörd Əhli sünnət məzhəbinin böyükləri, Mehdinin (ə.f) ortaya çıxacağına inanmanın doğru olduğunu qəbul edirlər. Bu mövzuda, Mehdinin (ə.f) xüsusiyyətləri, ortaya çıxış əlamətləri, Axır Zamandakı fitnələr və Sufyaninin ortaya çıxışı və s. mövzularda səhih hədislər gəlmişdir. [2] Şüphəsi olanlar və ya inkar edənlər ya bütün bu hədislərə cavab verməlidirlər ya da cavab verə bilmirlərsə bu həqiqətə inanmaları lazımdır. Bu inanc İslami bir inancdır. Yalnız Şiələrə aid bir inanc deyil. Bu inanc əsrlərdir aşiq könülləri canlı tutmaqda və ümidvar etməkdədir.

Böyük din alimləri və digər insanlar, Müsəlmanlar və Müsəlman olmayanlar o vilayət sahibi və müjdələnilən adamın zühur edəcəyi; insanlıq üçün xoşbəxtlik, ədalət, bolluq və güvən gətirəcəyi günə ümid bağlamışlar.

  Amma dinimizi Əhlibeytdən (a) götürmüş olan biz Şiələr çox zəngin hədis qaynaqlarına sahibik. Bu qaynaqlar “Zamanın İmamını” detallı xüsusiyyətləriylə bizə tanıtmaqda, onun tərəfdarlarının, hökumətinin və ortaya çıxışının necə olduğunu açıqlamaqdadır. Şiə alimləri, Əhlibeyt İmamlarının sözlərindən hərəkətlə zamanın imamı, gizliliyi və ortaya çıxışı mövzusunda bir çox qiymətli kitablar və əsərlər yazmışlar. [3] Heç bir məzhəb, məktəb və din bu qurtarıcının xüsusiyyətlərini Hz. Peyğəmbər (s) və Əhlibeyt İmamlarından (a) köçürülmüş hədislərə görə bu qədər açıq və detalıyla yazmamışdır.

  Bu mədəniyyət və hədis zənginliyimizdən ötəri Allaha şükr edirik. İmam Zamanı (ə.f) daha çox sevmək, daha çox tanımaq, tam bir itaət və gözləyişə sahib olmaq üçün Allahdan müvəffəqiyyət istəyirik.

Bir gün səhər vaxtı güllər tumurcuqlanacaq

O gün o gələcək, güllərə qonaq olacaq

Qan, güllərin damarında o gün axacaq

O gün bu dünya bahar qoxusuyla dolacaq. [4]

1-Mütəvatir: Doğru olduğuna və uydurma olmasının qeyri-mümkünlüyünə dair insanda güvən və qənaət meydana gəlməsini təmin edəcək dərəcədə fərqli yollardan nəql edilən hadisə deyilir.

2-Muhəmməd Rza Həkimi, Xorşidi Məğrib (Qərbdən Doğan Günəş), s. 93

3-Bu mövzuyla əlaqədar bir çox kitab vardır. Bunlardan bir neçəsinin adını verək: əl-Ğeybə, Şeyx Tusi ; Əlamul-Vəra, Təbərsi ; İkmaluddin, Şeyx Səduq ; əl-Mahaccə, Bəhrani ; Nəcmus-Saqib, Nuru ; əl-Mehdi, Sədreddin Sədr ; Muntaxabul-Əsər, Lütfullah Safı. Bu sahədə Farsca olaraq nəşr olunmuş araşdırma əsərlər o qədər çoxdur ki onları bu qısa olaraq yazmaq qeyri-mümkündür.

4-Əfsanə Şaban Nejad

Cavad Muhəddisinin “Ümid Səhəri” kitabından

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment