Bismillahir rəhmanir rəhim
Kölələrin zəncirini qıracaq biri gələcək [1]
Bir gün bir qurtarıcı, gələcəyi müjdələnilmiş böyük bir adam gələcək və dünyanı düzəldəcək. Bütün insanları zorbaların zülmündən qurtaracaq və o gün dünya insanları barış və ədalət üzü görəcək. Bu, yalnız biz Şiələrin və Müsəlmanların inancı deyil, bütün millətlərin inancıdır. Bütün dinlərdə insanlığın gələcəyi üçün bu növ müjdələr verilmişdir. İlahi dinlərdə (Yəhudilik, Zərdüştlük və Xristianlıqda) bir qurtarıcının ortaya çıxacağı gözlənilməkdədir. [2] Bu inanca “gələcəkçilik” (Axırəzzaman dövrünə inanmaq) da deyilər. Bunun təməli köhnə və köklü bir inanca söykənir. Hind və Buda dinində işıqlıq bir gələcək, ədalətli bir dünya və o dövrü gözləmə mövzusu işlənməkdədir. Qurani Kərim bildirər ki:
“Davudun Zəburunda da yazdıq ki, saleh qullar yer üzünün varisi olacaq. “[3]
Belə isə bu inanc, insanları gələcəkləri mövzusunda ümidli etməkdədir. Onları ümidsizlik və pessimizmdən qurtarmaqda və həyatlara ümid qığılcımları qazandırmaqdadır. O qızıl dövr və haqqı reallaşdıracaq olan şəxs haqqındakı müjdələr, o gözlənilən qurtarıcı, ədalət təmin edici, müqəddəs kitablarda və hikmət sahibi kəslərin sözlərində izah edilmişdir. Belə ki, bu inanc və bu parlaq gələcək, insanların qəti inancı olmuşdur. Hətta heç bir dinə və inanca sahib olmayanlar belə, ürəklərinin dərinliklərində elə bir günü iplə çəkməkdə və “Qeybdən biri gələcək və bu işləri reallaşdıracaq.” duyğusunu daşımaqdadırlar.
Qədim qaynaqlarda və müqəddəs kitablarda o gözlənilən adam hər nə qədər dəyişik ünvanlarla xatırlanmışsa da onun əsli qətidir. O gözlənilən Axirəzzaman qurtarıcısı, biz Müsəlmanların nəzərində “Gözlənilən Mehdi (ə.f)” və son Peyğəmbərin övladıdır. Bunun yanında gözlərdən uzaqda amma bir gün Allahın əmriylə dünyanı düzəltmək üçün ortaya çıxacaq. Hər nə qədər bəzi azğınlar ortaya şübhələr yayıb “O hələ doğulmamışdır. Dünyanın sonunda doğulacaq” desələr də bizim inancımıza görə O; bildiyimiz ana və atadan müəyyən bir tarixdə dünyaya gəlmiş və indi yaşamaqdadır.
Bu inanc yalnız Şiələrə məxsus deyil. Bu mövzuda Əhli sünnənin hədis, tarix və təfsir kitablarında Rəsulullahdan (s) rəvayətlər mövcuddur.
Bu rəvayətlərdə Hz. Mehdi (ə.f) haqqında onun xüsusiyyətləri, onu gözləmək, onun gəlişi yaxınlaşdığında dünyanın vəziyyəti, ortaya çıxdıqdan sonra ki davranışları, dünya dövlətini qurması, zülmün kökünü kəsməsi, ədaləti bərpa etməsi kimi mövzular iştirak etməkdədir. Hətta hicri 3. əsrdən günümüzə qədər bir çox Əhli sünnə alimi bu mövzuda kitablar yazmış və İmam Mehdi (ə.f) ilə əlaqədar hədisləri bir araya yığmışlar. [4]
1-Muhamməd İkbal Lahuri
2- Bəşaratu’l-Ahdəyn
3-Ənbiya Surəsi, Ayə; 105
4-Rza Həlimi, Xorşidi Məğrib (=Batıdan Doğan Günəş), (5. hissə); Yənabiu’l-Məvəddə və Safi Gülpayaqani, Muntaxabu’l-Əsər.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.