Bəsrə şəhərinin suya qərq olması

Bismillahir rəhmanir rəhim

 

Sual: Bəzi hədislərdə Bəsrə şəhərinin sular altında qalacağı qeyd olunmuşdur. Görəsən bu hadisə baş vermişdir, yoxsa zühur əlamətlərindən biri kimi daha sonra baş verəcək?

Cavab: Rəvayətdə gəlmişdir ki, Əmirəl-möminin (ə) Bəsrəyə gəldiyi zaman demişdir: “Sanki mən sizin bu Bəsrənizi görürəm ki, (suyun içində qərq olan) gəminin (sular arasında görürən) burnu kimidir..”. (Nəhcüs-səadə: Şeyx Mahmudi, 2/38).

Həmçinin, digər bir rəvayətə əsasən buyurmuşdur: “Bəsrə məscidi (suyun içində qərq olan) gəminin (sular arasında görürən) burnu kimi olacaq..” (Nəhcüs-səadə: 1/414).

Həmçinin, baxın Şərhu əhqaqil-həqq, Seyyid Mərəşi, 8/172.

Bəziləri qeyd etmişlər ki, bu xəbər Əmirəl-möminin (ə) tərəfindən bildirilən qeybi xəbərlərdəndir və artıq baş vermişdir. Bu səbəbdən də zühur əlamətlərindən sayılmaması daha məqsədə uyğundur.

İbn Əbil-Hədid Mötəzili “Şərhu Nəhcil-Bəlağə” əsərində (c.1/84, Qahirə çapı) deyir: “Onun (ə) Bəsrənin (Bəsrə məscidindən başqa) bütünlüklə suya qərq olması barədə dediyi xəbərə gəlincə.. səhih budur ki, xəbər verilən şey artıq baş vermişdir. Belə ki, Bəsrə iki dəfə suya qərq olmuşdur. Biri Qadirbillahın zamanında, digəri isə Qaim-biəmrillahın zamanında. Həmin vaxt Bəsrə şəhəri bütünlüklə suya qərq olmuş, təkcə onun məscidinin bir hissəsi qalmışdır ki, o da Əmirəl-mömininin (ə) dediyi kimi, “quş dimdiyi” kimi görünmüşdür (bütün şəhər suya batmış, bircə məscidin bir hissəsi sudan görünürmüş)..”.

Buradan aydın olur ki, Əhli-Beyt (ə)-ın gələcək barədə buyurduqları bütün hadisə və olaylar heç də hamılıqla zühur əlamətlərinə aid deyildir və hətta onların bəzisi zühur dövründən çox-çox əvvəl baş vermiş ola bilər.

 

“İmam Məhdi (ə), tədqiqat və araşdırma mərkəzi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

2 thoughts on “Bəsrə şəhərinin suya qərq olması”

    • Bəli, hədisdə qeyd olunanlar zühur əlamətlərindən sayılmır, sadəcə olaraq qeybi xəbərlərdən sayılır. Hədisi qeyd etməkdən məqsədimiz yanlış anlaşılmanın qarşısını almaq və Bəsrə şəhərinin sular altda qalması hadisəsinin zühur əlamətlərindən olmamasını çatdırmaqdır.

Leave a Comment