Bəsirət gözü

Ariflərin həyatı İrfan

Bismillahir rəhmanir rəhim

Rəhmətlik Ayətullah Molla Məhəmməd Kaşi (1249-1333 q.) şiə aləminin böyük arif və tanınmış alimlərindən olmuşdur. Şəhid Mütəhhərinin dediyinə görə O, güclü riyazət əhli idi və ondan qeyri-adi işlər zahir olmuşdu.(Xədamate mütəqabile İslam və İran”, səh. 611)
Nəql edilir ki, bir gün Molla Məhəmməd öz xidmətçisi ilə birgə getdiyi halda birdən, xidmətçisinə üzünü tutub onu danlayır və üstünə acıqlanır. Mədrəsəyə qayıtdıqdan sonra xidmətçi onunla olan bu rəftarın səbəbini soruşur. Qəlbi Allah sevgisi ilə dolub-daşan, ruhu mələkut aləmində seyr edən Molla Məhəmməd bir anlıq bu sirli əhvalatın üzərindən pərdə götürərək deyir:
Birdən gözlərim önündən pərdə götürüldü və hər kəsi öz həqiqi timsalında gördüm. Səhnə o qədər fövqəladə idi ki, özümü itirdim və bir anlıq sözün yüyəni əlimdən çıxdı.(“Məcəlleye Nure elm”, № 48, səh. 56)
Əllamə Həsənzadə Amuli “bəsirət gözü” barədə deyir: Əməli irfanda insan elə bir yerə çatır ki, onun bərzəx gözü açılır, yəni insanları onların ruhi aləmlərinə müvafiq şəkildə görür… Böyük şəxsiyyətlər, haqq övliyalarına qiyamət bu dünyada zühur etmişdir… Əsas odur ki, bəndənin bərzəx gözü görsün. Əgər mənim bəsirətim görmürsə, gözüm kimi o da müalicə olunmalıdır…
Əməllərin təcəssümü və məxluqatın öz ruhi aləmlərinə uyğun həşrinə dair Qurani Kərimdə, təfsirlərdə, əhli-beytdən nəql olunan rəvayətlərdə və əqli-irfani kitablarda nə qədər desən, sübut var. Xülasə, böyük arif Cəlaləddin Ruminin nəzmə çəkdiyi bu neçə beyt həmin mənaya işarə edir:
ramət sahibləri, Əbdürrəhman Baqirzadə Babuli

1 thought on “Bəsirət gözü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir