Ayətullahul-üzma Bəhcətin (r.ə) İmam Məhdi (ə.f) barədə buyurduqları

Bismillahir rəhmanir rəhim

Ayətullahul-üzma Şeyx Muhəmmədtəqi Bəhcətin (r.ə) İmam Məhdi (ə.f) ilə bağlı mübarək düşüncələri:

1-Necə də böyük bir fəlakətdir ki,insanlar bütün bu uzunca keçən zaman ərzində öz başçı və imamları qeybdə olduğu bir halda yaşayırlar. Biz bilmirik bu iş nə vaxtadək davam edəcək. Bilinən bircə budur ki, heç bir ümmət İslam ümmətində olduğu kimi rəhbər qeybi yaşamayıb! Buna görə də biz istəyirik ki, şəriət hökmlərinə riayət etməklə və zərrəcən də olsun dünyaya nəzər salıb ona diqqət yetirmədən axirətə yönəlməklə sabitqədəm olaq, İmami Qayib (ə.f) ilə əlaqə və irtibat quraq.

Məlum məsələdir ki, İmamlarla (ə) olan əhddən dönüb onların düşmənlərinə meyl edən bir çox müsəlmanlar məhz axirəti qoyub dünyanı üstün tutan şəxslərdirlər. Onları mal-dövlət və mənsəb aldadıb. Bizə isə bu vaxtacan o mənsəblər üz gətirməyib ki, bilək imtahandan üzü ağ çıxacağıq, ya üzü qara. (Bəhcətin hüzurunda, 1/173)

2-Biz duada deyirik: “İlahi, müsibətimizi dinimizdə qərar vermə!”. Burada din müsibətindən məqsəd, İmamın (ə) yoxluğudur.

Bu yoxluq səbəbindən baş verən müsibət və fəlakətlərin böyüklüyünü isə bircə Allah bilir! Xüsusəndə din müsibəti bir sıra dünyəvi müsibətlərə də yol açır. (Bəhcətin hüzurunda, 2/217)

3-Bilməyimiz lazımdır ki, bizim nicat və xoşbəxtliyimiz nəfsin islahındadır və hansısa bir mərhələdə bizim bundan ehtiyacsız olmağımız mümkün olan iş deyil. Nəfsi-islah olmasa, əməllərimizin də bir dəyəri olmaz.

Bəlkədə bu islah üçün ən yaxın yol, İmamlarla (ə), məxsusən də İmami Əsr və Zamanla (ə.f) irtibat qurmaqdır. Bunun üçünsə həzrətin əmrlərini yerinə yetirmək, ona itaət etmək, onun yolunu tutmaq, onun üslubuna riayət etmək və onun yolunda addımlamaq gərəkdir. (Məhbub, səh 104)

 

“Rivayatu Şeyx Behcət” kitabından

 

Tərcümə: Zuhuradogru.org

 

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment