Ayətullah Sistani: “Mənə yox Ayətullah Xameneiyə dua edin”

Ayətullah Sistani İraqda Ərbəin mərasiminin təşkilinə görə və İŞİD-ə qarşı fətvaya görə ona təşəkkür edən rəsmi nümayəndəyə, mənə deyil Ayətullah Xameneiyə dua edin, tövsiyəsi verib.

İslaminSesi.info bu barədə İraq mətbuatına istinadla xəbər verir.

Ayətullah Xameneinin İraq üzrə nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyni bu ilki Ərbəində İmam Hüseyn əleyhissalamın ziyarətçilərinə göstərdikləri böyük və misilsiz xidmətə görə özü və təşkilatının adından Ayətullah Sistaniyə təşəkkür etməyə getdiyi zaman belə bir hadisə ilə qarşılaşdığını deyib:

“Ərbəin 2017 bitdikdən sonra gördüyümüz xidmətlər haqqında məlumat vermək üçün Ayətullah Sistaninin yanına getdim. Çox məmnun oldu. Ayrılarkən izn istəyib Ayətullah Sistaniyə “Allah ömrünüzü uzun etsin, başımızdan əskik etməsin, bəlalardan qorusun” -deyə dua etdikdə belə buyurdu: Mənə dua etməyin, Ayətullah Xameneiyə edin”

Leave a Comment