Ayətullah Noxudəki İsfahani və Allahda fani olması

Bismilləhir Rəhmanir Rəhim

Qış gecələrindən bir gecə idi. Səma bütün comərdliyini göstərmiş və qar dənələri dənə dənə yağaraq yer üzünü örtürdü. Rəhmət və şəfqət eləcə axırdı. Birdən ağır addımlarla İmam Rzanın (ə.s) hərəminin damının üstünə doğru çıxmaqda olan birinin ayaq səsləri eşidildi. Nərdivanları bir-bir geridə buraxaraq dünyanın, hətta mələkutun damına çatdı. Səccadəsini imam Rzanın(ə) sarı qübbəsinin yanında açdı. Dostun zikrinin istiliyi, qışın soyuqluğunu bahara, damdakı qarları da ağ və yumşaq məxmərə çevirmişdi. İçindəki istilik, yandırıcı soyuğu, ruhunun lətafəti isə zəminin sərtlik və kobudluğunu ağılından alıb aparmışdı…

Namaz üçün hazırlandı. Haqqın əzəməti, qəlb və əzalarına boyun əydirmiş və özünü birdən sonsuz və sərhədsiz bir vücudun qarşısına qoymuşdu. Heç bir şeydə Ondan başqa bir varlıq yox idi. Əllərini qaldıraraq dostdan başqa hər şeyi arxasına ataraq təkbir etdi. Fatihəni oxuduqdan sonra surəyə keçdi. Birdən zatın ad və sifəti hərəkətə keçdi və sonunda Haqqın cəlal və əzəməti onu əyərək rükuya endirdi. Əyildi və rüku etdi. O adam Noxudəki deyə tanınan mərhum Şeyx Həsən Əli İsfahani idi.

İmam Rzanın (ə.s) dam və qübbəsindən məsul xadim deyir ki: o gecə damın qapısını bağlamaq üçün nərdivanlardan yuxarı çıxdım. Mərhum Hacı Şeyx Həsən Əlini damda qübbənin yanında namaz qılarkən və rüku halında gördüm. Rükusu çox uzun çəkdi. Bir neçə dəfə getdimsə eyni şəkildə rükuda idi. Bizə verilən əmrə görə damın qapısını bağlamam lazım idi. Məndə bağlayaraq aşağı endim və evimə getdim. O gecə sanki göy yarılmış və içindəki bütün qarları yer üzünə boşaltmışdı.

Səhər saatlarında hərəmə döndüm. Şeyx Həsən Əli üçün narahatlığa qapılmışdım. Tələsik nərdivanlardan yuxarı çıxdım və birdən özümü tuta bilməyərək eşq və mənəviyyatı seyrə daldım. Gördüm ki Şeyx Noxudəki, hələ də gecəki rüku halında eləcə qalmış. Qar kürəyində eləcə yığılmış və kürəyi qarın səviyyəsiylə bərabər olmuşdu. Qarda şeyxlə birlikdə rəbbinə doğru yol tapmış ibadət edirdi…

Mərhum Ayətullah Hacı Şeyx Həsən Əli haqqında fövqəladə şeylər nəql etməkdədirlər. Allaha gedən Seyri-süluk yolunda uca və üstün mövqelər əldə etmiş biridir…

 Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment