Bismilləhir Rəhmanir Rəhim
Şeyx Muxtar Ruhani nəql edir:
Bir gün kasıb bir Seyyidə qadın məndən çarşaf və çadra istədi. Məndə “İndi sizin istəyinizi yerinə yetirəcək imkanım yoxdur” dedim. O gün Şeyx Həsən Əli Noxudəkinin yanına gedərək ehtiyacımı dilə gətirdim. Hüzurundan ayrılacağım sırada mənə bir miqdar pul uzadaraq: “Bu pulla o seyyidə qadın üçün çarşaf və çadra al.” dedi… O Seyyidə qadına verməyim üçün ayrıca bir tümen (İran pul vahidi) ilə bir ‘men'(ağırlıq,ölçü vahidi) düyü həvalə kağızı verdi. Şeyxin Seyyidə qadının məndən çarşaf və çadra istədiyini haradan bilir? deyə çaşqınlıq içində eləcə qalmışdım.Yanından ayrılmaq üzərəykən birdən ağılımdan bir tümən ilə düyü həvaləsini daha sonra verərəm deyə keçirdim. O anda Ayətullah Noxudəki yüksək səslə mənə: “Hər nə dedimsə yerinə yetir və bir şeyə qarışıb müdaxilə etmə” deyə səsləndi.
Sən ye yaxşılaşacaq
Bir polis işçisi nəql edir:
Yoldaşım uzun bir müddətdir xəstə idi və təxmini olaraq altı ay əvvəl xəstəliyi şiddətlənərək yatağa düşdü, hərəkət edə bilmirdi. Bəzi yoldaşların tövsiyəsi üzərinə Mərhum Hacı Şeyx Həsən Əli Noxudəkinin yanına gedərək yoldaşımın xəstəliyindən danışdım.
Mənə bir xurma verərək bunu ye deyə buyurdu. Mən də: ‘xəstə olan yoldaşım’ dedim. Buyurdu ki “sən bunu ye yoldaşın yaxşılaşacaq!” içimdən “yoldaşımın xilas olacağından ümidsiz olduğundan məni ümidsiz etmək istəmədiyi üçün belə etdi” deyə keçirdim.
Yanından ayrılıb evimin yolunu tutdum. Qapını döydüm. Qapını xəstə olan yoldaşım əlində süpürgəylə açdı! Mən ‘nə oldu da yerindən qalxdın?’ deyə soruşdum. Dedi ki: ‘bir saat əvvələ qədər yataqda yatırdım. Birdən sanki üzərimdən bir ağırlığın qaldırıldığını hiss etdim. Şəfa tapdığımı hiss edərək qalxdım. Qalxdım və evin təmizliyi ilə məşğul olmağa başladım.’
Namazı ilk vaxtinda qıl, işin düzələcək
Məşhəd Bələdiyyəsində üst səviyyə səlahiyyətlilərdən biri nəql edir:
Bir səbəbdən ötəri məni bələdiyyədəki vəzifəmdən çıxatdılar. Məndə Ayətullah Noxudəkinin yanına getdim. Mənə “namazlarını ilk vaxtında qıl. İşin qırx gün sonra düzələcək” dedi.
Otuz gün keçdi və mən işimdə heç bir əsər görmədim. Yenidən Ayətullah Noxudəkinin yanına getdim. Mənə “sənə qırx gün demişdim” deyə buyurdu.
Hər nə düşündümsə heç bir əlamət və ümid görə bilmədim. Qırxıncı gün prospektə baxan bir qəhvəxanada oturmuşdum. Məşhədin köhnə bələdiyyə başçısı Məhəmməd Əli Ruşən, oradan avtomobiliylə keçirdi. Ayağa qalxıb salam verdim. Avtomobili dayandırıb mənə: “niyə burada oturursan? Məgər sənin işin yoxdur?” deyə soruşdu. Vəziyyətimi izah etdim. Mənə “mənimlə gəl” dedi. Avtomobilinə minərək onunla getdim. Qubernatorluğa gedərək haqqımdakı günahlandırmaların qaldırılmasını və işimə geri qaytarılmağımı istədi. Şeyx Noxudəkinin söylədiyi kimi qırxıncı gün günortadan sonra işimə geri dönərək vəzifəyə başladım.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.