Bismillahir rəhmanir rəhim
Mərhumun şagirdləri yada salırlar ki, dərslərindən birində mərhum Behcət livanlı alim dostu haqqında danışıb.
Livanlı alim Qumda mərhum Behcətin qonağı olarkən zühurdan söhbət düşür və livanlı alim zühurun təxiri ilə bağlı bir xatirə danışır. Behcətin bildirdiyinə əsasən, bu alimin İmam Mehdi (ə.f.) ilə ardıcıl görüşləri olub.
Bir gün Həzrət Höccət (ə.f.) bu livanlı alimə Nəcəf səfərində ona yoldaş olmağı təklif edir. Alim həvəslə razılaşır. Həzrət (ə.f.) buyurur ki, görüşünə getdiyi alim bir həftə sonra dünyasını dəyişəcək.
Livanlı alim İmamla (ə.f.) birlikdə Nəcəfə çatır. Həmin alimin görüşünə gedirlər. İmam (ə.f.) nəcəfli alimlə xəlvətə çəkilir. Alimlə vidalaşdıqdan sonra İmam (ə.f.) livanlı alimə buyurur: “Mən ona demişdim ki, sən dünyanı dəyişənə qədər zühur baş verəcək. Amma yenə də təxir oldu…” .
Bu görüşdən (nəcəfli alimin vəfatından) 20 ildən çox ötüb. Mərhum Behcət bu hadisədən belə nəticə çıxarırdı ki, cəmiyyətin hazır olmaması səbəbindən zühurun təxirə düşməsi mümkündür.
Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.