Bismillahir rəhmanir rəhim
Allahdan istəyirik ki,bizi haqq yolda sabitqədəm eləsin və bizi Əhli-beyt (ə) yolundan kənara çıxmaqdan qorusun. Hədisdə gəlmişdir ki,möminlər zülmət gecətək olan fitnələrə tuş gələrlər. İndi bütün bu fitnələrdən əziyyət çəkən o qədər şəxs ola-ola bəziləri hələ də soruşur: “Zülmət gecətək olacaq fitnələr” düzdür ya yox?
Əhli-beyt (ə)-ın yolu düzdür ya (Allaha pənah) səhv?
Bu qədər böyük bəla və müsibətlərə rəğmən biz hələ də şəkk və tərəddüd içərisində yaşayırıq…
Necə də böyük bir fəlakətdir ki,insanlar bütün bu uzun keçən zaman ərzində öz başçı və imamları qeybdə olduğu bir halda yaşayalar. Biz bilmirik bu iş nə vaxtadək davam edəcək. Bilinən bircə budur ki, heç bir ümmət İslam ümmətində olduğu kimi rəhbər qeybi yaşamayıb. Buna görə də biz istəyirik ki, şəriət hökmlərinə riayət etməklə və zərrə qədərdə olsa dünyaya nəzər salıb ona diqqət yetirmədən axirətə yönəlməklə sabitqədəm olaq, İmami Qayib (əcəllallahu-təala fərəcəhuş-şərif) ilə əlaqə və irtibat quraq.
Məlum məsələdir ki, İmamlarla (ə) olan əhddən dönüb onların düşmənlərinə meyl edən bir çox müsəlmanlar məhz axirəti qoyub dünyanı üstün tutan şəxslərdirlər. Onları mal-dövlət və mənsəb aldadıb. Bizə isə bu vaxtacan o mənsəblər üz gətirməyib ki, bilək imtahandan üzü ağ çıxacağıq, ya üzü qara..
Allah bilir bizim adımız İmam Zamanın (ə) səhifəsində kimlərin cərgəsində yazılıb! Hədisdə gəlmişdir ki, hər bazar ertəsi və cümə günləri bizim əməllərimiz həzrəti İmam Zamana (ə) təqdim olunur. Bildiyimiz bir şey var, o da budur ki, biz olmalı olduğumuz kimi deyilik.
“Hikayatuş-Şeyx Behcət”, Seyyid Məhdi Şəmsəddin
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.