Ayətullah Ənsari Həmədani üçün batin aşkar idi

Bismilləhir Rəhmanir Rəhim

Ayətullah Ənsari Həmədani belə buyurmuşdur: “Bəzilərinin bu dünyada ibadət və münacatlarından aldığı ləzzət və dad, cənnətdəki bəzi ləzzətlərdən belə daha çoxdur.”

Ustad Kərim Həqiqi belə deyir:  Bir gün Ayətullah Ənsari bizdə qonaq idi. Süfrəni sərdik və yeməkləri gətirdik. O, eləcə dayanıb xörəyə baxırdı. Dedim ki: Yemək istəmirsiniz? Buyurdu ki: mən bu xörəyi bişirənin halına təəccübləndim. Təəccüblü halı var imış. Kim bişirib bu xörəyi? Dedim ki anam. Sonra gedib anamdan xörəyi necə bişirdiyini soruşdum. Dedi ki:  yeməyi bişirməyə başladığımdan sona qədər (mənəvi bir hal ilə) ağlayırdım.  

Yenə ustad Kərimi belə deyir: Bir gün ustadla bir yerə getmişdik. İçəri girdikdən sonra – bura kimin evidir? Bura ibadət səbəbiylə məscid kimi, Allahın evi Kəbə kimi qalır –dedi. Dedim ki: Bura hər an ibadətlə məşğul olan 90 yaşında yaşlı bir qadının evidir.

Dəstəmazın nuru.

Əli Mahmud Həqiqi belə deyir:  “Bir gün böyük ariflərdən birinin yanında bir müddət dərs almış bir adam Ayətullah Ənsari Həmədaninin yanına gələrək belə dedi: “Ustad! Mən nail oldum və Allahın nurunu davamlı olaraq görürəm.” Ayətullah Ənsari, gördüyü nurun necəliyini soruşdu o da açıqladı.  Sonra ustad belə buyurdu: “Hərçənd bunların hamısı Allahın nurlarındandır, ancaq bu nur Allahın nuru deyil, əksinə yolun başlanğıcında insanda yaranan dəstəmaz nurudur”

Ayətullah Ənsari üçün batin aşikar idi. Belə buyururdu: “Hər şeyin nuru vardır. Əgər o insan üçün nur olarsa bu həqiqətdir. Yoxsa hamısı iddiadır. Elm, mərcəiyyət, ibadət…… hamısının nuru vardır.”

Gecə və gündüz mələkləri

Həmədanlı elm adamlarından və şəhid atası olan Rahimi bəy belə nəql edir: Ustad Ənsari, yaz vaxtı bəzən məscidin üstündə camaat namazı qıldırırdı. Bir gün axşam azanının vaxtında camaat azanın oxunmasını gözləyirdi. Ayətullah Ənsari müəzzinə “axşam azanını oxu” dedi. Müəzzin , ağa axşam azanının vaxtı hələ girməyib dedi. Ayətullah Ənsari belə buyurdu: “Məgər gündüz mələklərinin getdiyini, gecə mələklərinin gəldiyini görmədinmi?”

Namazda düşüncələrin dağılmaması

Ustad Kərim Mahmud Həqiqi belə nəql edir: “Bir gün Ayətullah Ənsariyə namazlarda düşüncəmin dağılmamsı üçün mənə bir dəstur buyurun dedim. Belə buyurdu: “Nafilələri tərk etmə və heyvani yeyəcəklər az ye.”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment