Ayətullah Əli Səadət Pərvərdən nəsihətlər

Bismillahir Rəhmanir Rəhim

–  Özünüzü tanıyın! Allahı tanımaq özünüzü tanımaqdır. Heç kimsə bu düşüncədə (Allahı tanımaq haqda) zərərə uğramamışdır.

–  Dünya üçün yersiz əziyyətə düşməyin. Ruzinizdən qeyrisini əldə edə bilməzsiniz. Dünyanın dərd və sıxıntılarını düşünməyin, zərər və ziyan bundadır.

–  Həvayi-həvəs arxasınca qaçmayın ki, hər şey sizə verilsin. Və bilin ki, həvayi-həvəs arxasınca getdiyiniz şeylər onları tərk etməklə əldə edilir.

–  Nəfsinizi çox məcbur etməyin ki, sizə itaətsizlik etməsin. Əksinə bütün dad və ləzzətləri ona etidal (həddi aşmadan,) olaraq daddırın.İlk addımda açıq şirki və Allaha günahı tərk edin və zamanla digər mövzulara keçin.

–  Şeytanın qarşısında vacibləri yerinə yetirərək günahları tərk edin. Mənəvi gücünüz artdığında məkruhları tərk etməyə və müstəhəbbləri yerinə yetirməyə başlayın.

–  Alim olmayan biri əgər həva pərəst olarsa və ya şeytana itaət edərsə, özünə zərər vermiş olar,  ancaq alimin zərəri bütün cəmiyyətə (aləmə) aiddir. Başqa bir deyimlə isə həvapərəstliyin zərəri bütün aləmlərə – bütün bəşər və başqa varlıqlara sirayət (təsir) edər.

–  İbadətlərinizdə onun necəliyinə baxın çoxluğuna deyil.

–  Etdiyiniz bütün ibadətlərinizdə, nə dediyinizə və kimlə danışdığınıza diqqət edin

–  Zahiri ibadətlər hər nə qədər insanı pis işlərdən çəkindirsə də, onların ixlası çox olsa və Allaha yaxınlıq artsa sizi übudiyyətə aparar.

–  Əməllərdəki ixlası bütün əməllərinizin baş tacı edin. Əgər ixlassız olaraq bir ömür əməl etsəniz, öz ətrafında fırlanaraq bir şey əldə etməyən heyvandan fərqiniz olmaz.

–  Bilməlisiniz ki, bu dünya yuxu, yemək və əməllərdən başqa bir şey deyil. Amma əgər bu yuxu və yeməkdən nəticə əldə edə bilsəniz, mələklər sizə heyran qalar və aləm sizin əmrinizdə olar.

–  İşlərinizdə ifrat (lazımından artıq) və təfrit (lazımından az) etməyin. Ehtiyacınız qədərində yatın, nə artıq oyaq qalaraq axirət işlərindən uzaq və ya dünyadan geri qalın, nə də  çox yatıb mühüm işlərdən məhrum qalasınız. Əksinə Allahın müəyyən buyurmuş olduğu şəkildə əməl edin.

–  Dostlarınızı tanıyıb daha sonra onlarla dostluq edin. Əsla qafillərlə dostluq etməyin. Sizləri dünya və axirətdən uzaqlaşdırar,  mane olarlar.

–  Harda olursunuzsa olun müsəlman qəbiristanlığına gedin. Bu ən üstün təzəkkürdür (yada salmaq, yad etmək.)

–  Elm əhli, dünya görmüş və yaşlılarla münasibətdə olun ki, onlar dünya və axirətin müəyyinidirlər.

–  Davamlı olaraq vəzifənizə əməl etmə düşüncəsində olun. Hansı geyimdə, hansı məqamda hər kimlə olursunız olun, nə kimsəni mədh edin nə də özünüz haqda başqasından tərif eşitmə düşüncəniz olsun. Bəşər üçün bir ölüm vardır: bu istər vəzifə yolunda istərsə də vəzifə xilafında olsun.

–  Qəlbinizi sağlam tutun. Gəncliyinizdən bütün kiçik nöqtələrdə və öz işlərinizdə bu şəkildə olun ki, yaşlandığınızdada elə ola biləsiniz.

–  Kiçikliyinizdən etibarən bunu ağlınızdan çıxartmayın ki, bütün qüdrətlər Haqqın inayəti əlindədir. Əgər Allah istəməsə heç kimsə mənə zərər yetirə bilməz. Mən vəzifəmə əməl etməliyəm. İstərsə dünya mənə düşmən olsun. Əgər belə olsanız, bir məqama və mövqeyə çatsanız, və ya böyük bir vəzifə qarşınıza çıxarsa onu yerinə yetirməkdən çəkinməzsiniz.

–  Hər mövzuda əhliylə məsləhətləşin.

–  Evlilikdə qarşı tərəfin əsalətinə baxın. Başqa yönləri çox düşünməyin. Əgər əsalət, nəcabət və başqa bütün yönləri olan birini tapsanız nə gözəl, əgər tapmasanız əsalət vaciblidir.

–  İşlərinizdə istiqamət və davamlılığı bir minik qərar verin. Bu minik ayağınızın altında olduğu müddətcə mənzilə yetişərsiniz və əgər belə olmazsa topal ayaqla axirət və dünya işlərinizdə necə mənzilə yetişə bilərsiniz? Hər nə qədər iş və məqsəd böyük və şərif olarsa istiqamət də o dərəcədə daha çox olmalıdır.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment