Aşura əzəmətinin yaratdığı vəhdət

Fikirlə yanaşı şərab da istehsal edən məmləkətdə gecələr gənclərin, xüsusən qızların Parisdə Siena çayı ətrafında yüksək musiqi sədaları altında spirtli içki , siqaret qəbul etdiyini qəribə davranışlarını, az qala çaya düşəcəklərini görəndə doğrusu onlara ürəyim yanıb.

 

Finlandiyadan İsveçə 12 mərtəbəli gəmi ilə gələrkən gecə radələrində şərabdan məst olmuş insanların halı, Norveçdə qaldığım məkanın ümumi zalında fikir mübadiləsi zamanı gənc ingilis qızların reaksiyaları…

 

Brüsseldə, Amsterdamda azad seçim və söz oyunlarının qurbanı olmuş özünü rəsmən hamıya təqdim edən qadınlar…

 

Antverpendə olduqca təhlükəli atraksiyonlar və uşaqlarına bundan istifadəyə icazə verən valideynlər.

 

Silciya Simfonidə kiçik yaşlı uşaqların qumarxanada pul qazanmaları üçün yaradılmış şərait. Və yüzlərlə təfərrüatına varmadığım hallar.

 

Sadaladıqlarım hər nə qədər faydalı davranış və hadisələr olmasa da bu mənim bir millət, məkan, xalq, şəhər, sistem və s barədə birmənalı mənfidir deməyimə səbəb ola bilməz.

 

Həmin Fransada yol göstərən tanımadığım kəslər, İtaliyada öz maşını ilə məni Eduardo Aniellinin məzarına aparan qadın, Helsinkidə, Osloda, Stokholmda təmiz yol və gülərüz insanlar. Kopenhagen, Ştutqart, Köln, Hamburqda saf gənclər.

Amsterdam, Antverpendə uşağına sağlamlığı, velosipedi tövsiyyə edən valideynlər. Şimali avropada gözəl səliqəli saqqali olan mehriban polislər. Və yüzlərlə təfərrüatına varmadığım müsbət hallar.

Tənqid və tərifi , təsdiq və inkarı müxtəlif forma və üsullarla reallaşdırmaq mümkündür. Və Balzak çox gözəl deyib “hər kəsin dəyəri onun nəyə can atmağındadır”, əlavə olaraq deyərdim ki, həm də “hər kəsin dəyəri Onun nəyə və niyə məhz ona can atmağındadır.”

Dərk olunmayan, tərk olunarmı?

 

Təxminən 20 min insanın iştirak etdiyi, bəzilərinin təlabatlarını harada və necə gəldi reallaşdırdığını İsveç marafonunu da müşahidə edən, tolerantlığın necə ola biləcəyini praktiki 2015-ci ildə qarlı havada Kilsə önündə göstərmiş…

Dünyanın təxminən 50 universitetində dinindən, irqindən, milliyətindən, mədəniyyətindən aslı olmayaraq xanımlara gül verilməsində vasitəçi olan kəs olaraq bir sıra məqamlara toxunmaq istəyirəm.

 

Aşura tənqidlərinə münasibət

 

1. Vicdanlı məlumatlı insanlar özləri onsuzda bir sıra Kərbəla təhriflərini qeyd edir bununla mübarizə aparırlar.
Ehtiyac olsa alimlərdən Ustad Şəhid Mürtəza Mütəhhəri də təqdim oluna bilər.

 

2. Bu gün maşınlar insanların rahatlığına səbəb olur, eyni zamanda yol qəzalarında milyonlarla insan dünyasını dəyişir. Hətta bu rəqəm belə maşının faydalılığını unudub əsas diqqəti ancaq və ancaq yol qəzalarına yönəltməyə səbəb ola bilməz.

Bəli, nə yaxşı insanlar yol qəzalarında dünyasını dəyişməyə və bacarırsan bu istiqamətdə maarifləndirici işlər gör, amma əsla və əsla bunu elə formada görmə ki, İnsanlarda maşına ikrah yaransın .

 

O zaman əhsən deyərəm ki, elə maarifləndirici işlər görmüsən ki, şəraitdən aslı olaraq hətta insanlar ekologiyaya ziyan vurmayan maşınlardan şüurlu istifadə edir, yol qəzalarının sayı da azalmağa doğru gedir.

 

3. Əzizim, bu gün dünyada bir çox düşüncə sahibləri ən əsas tarix özü İmam Hüseyni dəyərləndirdiyi halda, sən bütün gücünü sərf etmisən onu düzgün anmayan, anlamayan bəzilərinə.

 

Necə də MÖVQEYİN adətən yol qəzalarını deyib, maşının həyatımızda müsbət rolunu qeyd etməyənlərə , yaxud sosial şəbəkələrin ancaq və ancaq mənfi tərəflərini vurğulayan kəslərə bənzəyir. Bəli, maşın və Kərbəla ayrı mövzular. Amma hər ikisi insanlığa xidmət edir. Hətta Kərbəla hadisəsi sanki alternativ və olduqca sərfəli enerji olaraq insanlığı hərəkətə gətirir, istiqamətləndirir…

Haraya? Ən azı Unudulmuş Məkandan
(İnsanın unudulmuş Özündən) məlum məkana doğru… (həqiqi Özünə)

 

Ən əsas məsələ

 

Aşura baxışımda Vəhdət günüdür.

Dinindən, irqindən, milliyətindən aslı olmayaraq.

Bu gün dünyada bir sıra güclər birliyi, vəhdəti pivə festivallarında, ancaq musiqi yarışmlarında, özlərinə uyğun bildiyi münaqişə ocaqlarında və s yerlərdə görmək istəyirlər.

Özündə qəhrəmanlıq, sadiqlik, məhəbbət, sülh, birlik , zülmə, qatı zalıma nifrət əks etdirən Kərbəla onlara əsla uyğun deyildir.

Axı ən savadsız insan belə Məhərrəm məclislərində təfəkkür edərsə mərdə bənzər namərdləri tanımış olur.

Axı Aşurada Vətəninə, dövlətinə ümümən insanlığa daha da faydalı olmaq fikirləri ilə bir daha tanış olur.

Ancaq və Ancaq Vəhdət

Məhərrəm məclislərində il ərzində küslü olan, bir-birini xoşlamayan, fərqli etiqadlara sahib kəslərin belə bir arada olması gözəl fəza yaradır.

 

Son mesaj

 

Görəsən agah, tədbirli, bəsirətli, nizamlı insanlar adətən GÖZƏL fəza da olsa insanlıq düşmənlərinin aqibəti necə olar?

Səbr acı olsa da Şirin bar verər

Vəssalam.

 

Ağa Mehdiyev

 

Leave a Comment