Bismillahir rəhmanir rəhim
3- Hüseyn ibn Əbul Əla deyir ki: İmam Cəfəri Sadiq əleyhissalama belə ifadə etdim: “Yer üzü heç imamsız qalarmı?” Buyurdu ki: “Xeyr.”
4- Əbu Bəsir, İmam Cəfəri Sadiq əleyhissalamdan nəql edir ki, belə buyurdu: “Allah yer üzünü alimsiz buraxmaz. Əgər belə olmasaydı, haqq batildən ayrılmaz və tanınmazdı”
5- Əbu Həmzə Somali deyir ki: İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu: “Allaha and olsun ki, Allah, Adəm əleyhissalamın vəfatından bu yana yer üzünü Allaha hidayət edən bir imamsız buraxmamışdır. Və yer üzü Allahın hüccəti olan imamsız qalmayacaq.”
6- Əbu Həmzə deyir ki: İmam Cəfəri Sadiq əleyhissalama belə ifadə etdim: “Yer üzü imamsız ola bilərmi?”
Buyurdu ki: “Əgər yer üzü imamsız olsa parçalanıb yox olardı.”
7- Məhəmməd ibn Fəzl deyir ki: İmam Rza əleyhissalama: “Yer üzü imamsız ola bilərmi? deyə ifadə edincə belə buyurdu: Xeyir! Dedim ki: bizə rəvayət çatmışdır ki əgər yer üzü imamsız olsa, əhlinin üstünə çökər. Sonra belə buyurdu: yer üzü imamsız qalmaz, əgər qalsa parçalanıb yox olar.”
8- Əbu Xərasə deyir ki: İmam Məhəmməd Baqir – əleyhissalam – belə buyurdu: “Əgər İmam yer üzündən bir saat çəkilsə, yer üzü xalqı boğar və eynilə dəniz kimi dalğalanar.”
9- İshaq ibn Əmmar deyir ki: İmam Əbu Əbdullah Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: “Doğrusu yer üzü bir alimsiz (və ya imamsız) qalmaz. Beləcə əgər möminlər (dinə) bir şey əlavə edərlərsə onu rədd edər, bir şeyi azaltsalar onları tamamlayar.”
10- Abdullah ibn süleymanı Amiri deyir ki: İmam Əbu Əbdullah əleyhissalam belə buyurdu: “Yer üzündə Allahın hər vaxt bir höccəti vardır. Halalı və haramı tanıdar, xalqı Allah yoluna dəvət edər.”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.