Allahın yer üzünü əsla höccətsiz buraxmayacağına dair rəvayətlər -1

Bismillahir rəhmanir rəhim

1- Hz. Əmirəlmöminin əleyhissalamın Kumeyl ibn Ziyadı Nəhaiyə buyurduğu məşhur hədis bunlardan biridir. Kumeyl deyir ki: Əmirəlmöminin əleyhissalam mənim əlimdən tutaraq bir qəbirisitanlığa apardı. Sonra dərin bir nəfəs alaraq belə buyurdu:

“…bəli, yer üzü Allahın dəlilləri ilə qiyam edən bir höccətdən məhrum olmaz. o höccət ya zahir və məlumdur ya da gizli və məchuldur. bu Allahın dəlil və bəyyinələri batil olmaması üçün zəruridir.”

Hz. Əmirəlmöminin “zahir və məlum” sözü ilə onun şəxs və yer olaraq məlum olduğunu bildirməkdə, “gizli və məchul” sözü ilə də özünün gizli, yerinin də məchul olduğunu bildirməkdədir. yenə də ən yaxşısını Allah bilər.

2- …Əbu İshaqı Sabis(n)i deyir: Əmirəlmöminin əleyhissalamın etibarlı səhabələrindən bəzilərinin belə dediklərini eşitdim: Əmirəlmöminin əleyhissalam  Küfə şəhərində oxuduğu uzun bir xütbənin bir hissəsində belə buyurdu: Allahım! Sənin yer üzündə höccətlərin olmalıdır. Sırayla gələn bu höccətlər sənin xalqını sənin dininə hidayət edərlər və sənin elmini onlara öyrədərlər və bütün bunlar sənin övliyalarına uyanlar ayrılığa düşməsinlər deyədir. Bu höccətlər, ya zahirdirlər və onlara itaət etməzlər. və ya gizlidirlər və ortaya çıxmazlar. Əgər batil hökumətin zamanında xalqdan saxlanar və gizlənsələr də onların elmi xalqdan gizli qalmaz, onların öyrətdikləri ədəb, möminlərin ürəyində sabitdir və onlar bu ədəblə əməl edərlər. Bunlar yalançıların qorxduğu və bədxərclərin çəkindiyi şeylə dost olarlar. Vallah bu elm elə bir meyvədir ki sizlərə pulsuz verilmişdir. (1) Əgər onu dinləyənlər, ağıllarıyla sözlərini dinləsədilər onu tanıyarlar, ona iman edər, ona uyğunlaşdırar və onun yolundan xərclər beləcə fəlaha çatardılar. sonra buyurur ki: Kimdir bunları belə eşidən? İşdə buna görə elmlər həmişə gizli qalar. Çünki bu elmi daşıyan və onu eynilə əhlindən eşitdiyi kimi başqalarına çatdıranlar tapılmazlar. Sonra bu xütbənin davamında belə buyurdu: Allahım, doğrusu mən çox yaxşı bilirəm ki elmin bütünü yox olmaz və kökləri kəsilməz. Sən yer üzünün xalqını höccətsiz buraxmazsan. bu höccət; ya zahirdir və ona itaət olunar, ya da gizli və gizlidir; ona itaət olunmaz. beləcə sənin höccətin batil olmaz övliyaların isə hidayət olduqdan sonra dəlalətə düşməzlər…”

Eyni xütbəni xülasə olaraq şeyximiz Kuleyni (r.ə) də üsulu kafidə nəql etmişdir.

 

(1)- yəni Hz. əli əleyhissalam buyurur ki: mən elmi sizə verir və öyrədirəm; qarşılığında sizdən heç bir şey istəmirəm.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment