Bismillahir rəhmanir rəhim
Quranda mərifət
Qurani-kərimdə mərifət və onun əsasları, – elm və alim, – eləcə də şərtləri, vasitələri, maneələri haqqında geniş şəkildə söz açılmışdır.
Mərifət və Allaha inam
İman, mərifətlə əlaqəli olduğundan Qurani-kərimdə “Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə empirik idrakı, kor-korana təqlidləri və gümana əsaslanmağı; Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri, insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini, Allah, peyğəmbər və dinlə düşmənçiliyi misal göstərmək olar.
Qurani-kərimdə dini məsələlər, xüsusilə tovhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) “inkar” ifadəsini yalnız kafirlərə, “şəkk” ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, “şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.
Misal üçün: “Qafir” surəsinin 81-ci və “Muminun” surəsinin 99-cu ayələrində “inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar “İbrahim” surəsinin 10-cu və “Səbə” surəsinin 54-cü ayələrində “şəkk və tərəddüd” ifadələri ilə vəsf olunmuşlar. “Qafir” surəsinin 59-cu və “Tövbə” surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. “Qeyri-möminlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. “Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.
Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və möminlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, “şəkk”, “zənn” və “yəqin”in mərifət və Allaha tərəf yönəlməklə əlaqədar tərifini və təsirlərini araşdırmaqla kifayətlənirik:
1-Quranda şəkk
Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:
1-Qanuni şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd, zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə qanuni şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk əsassız zahiri imandan olduqca üstündür.
2-Xəstəliklə bağlı şəkk: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə zehnin acizliyindən irəli gəlir. Bu xəstəliyin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəməxsus xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq qayəli “xəstəlikdir”. Bu şəkk həqiqətdə mərifətin antonimidir.
3-Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Bu şəkkə düçar olanlar iddia edirlər ki, mərifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər, onların şəkki həqiqətləri tapmağa eşq üzündəndir!
Qurani-kərimdə işarə olunan, eyni zamanda məzəmmət edilən şəkk “qanuni şəkk” yox xəstəliklə bağlı “əsaslı şəkk”dir.
Suallar və cavablar, Məhəmmədrza Kaşifi
ALLAH RAZI OLSUN
ehsen