Bismillahir rəhmanir rəhim
Mərhum Ayətullah hacı Seyid Abdullah Fatimi Şirazda yaşayan övliyalardan idi. Onun həyat yoldaşı vəfat edəndə hacı Şeyx Əsədullah Şiraza gəlir və Seyid Abdullah Fatimiyə xidmət üçün Şirazda qalır. On ilə yaxın ustada xidmət göstərir. O belə nəql edir: Bir gün Seyid Abdullah Fatiminin xidmətində olduğumuz vaxt qonşunun evindən səs-küy qalxdı. Bu səs çox narahatedici idi. Bir qədər keçəndən sonra on altı-on yeddi yaşlarında bir gənc gəlib özünü ustadın ayaqlarına atdı və dedi: “Mən atamı sizdən istəyirəm.” Anladıq ki, qonşu dünyasını dəyişdiyindən orada səs-küy qalxıb. Gənc yalnız bir söz təkrarlayırdı: “Mən atamı sizdən istəyirəm.” Ustad buyurdu: “Atana nə olub? Məgər sağ deyil? Onu məndən istəyirsiniz?” Ağanın sözləri başa çatmamış qonşuda səs-küy kəsildi. Gənc qalxıb qonşu həyətə keçdi. Çox keçməmiş geri qayıdıb göz yaşları içində ağaya təşəkkür etdi. Oraya gedib nə baş verməsi ilə maraqlandıq; qonşu həyətə keçdik. Bir nəfər yataqda idi. Hamı başına yığışmışdı. Yaxınlaşıb soruşduq: “Ağa sənə nə olub?” Dedi: “İki mələk qollarımdan yapışıb sürətlə aparırdı. Ağa Seyid Abdullah Fatimi gəlib məni tutdu və həmin iki mələkdən alıb geri qaytardı.”
Məhəmməd Cavad Nurməhəmmədi, Ariflərdən
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.