Bismillahir rəhmanir rəhim
Böyük ariflərdən Şeyx Rəcəbəli Xəyyatın şagirdlərindən biri onu belə vəsf edir: Mərhum Şeyx, bütün varlığı Allahın əlində ram və müti olmuş şəxslərdən idi. O, Allahdan başqa heç nə görmürdü, hər nə deyirdisə, Allahdan deyirdi. Kəlamının əvvəli də, axırı da Allah idi. Çünki o, Allah, Peyğəmbər və Əhli-beyt (ə) aşiqi idi. Dediklərinin hamısını onlardan deyirdi. Müqəddəsliklə aşiqlik bir-biri ilə tamamilə fərqlənən halətlərdir. Şeyx Rəcəbəli aşiq idi, onun işi-peşəsi Allaha məhəbbət, Allah üçün işləmək idi. Mə᾽nəviyyatda aşiq olan şəxslərin baxışları göstərir ki, onların gözləri adi gözlərdən tam fərqlənir. Sanki onlar Allahdan başqa heç bir şeyi görmürlər.
Cənab Şeyx Allahdan başqalarından ləzzət almağı günah hesab edirdi. Qızmar yay günlərindən birində əlində tutduğu yelpiclə bir qədər sərinləşmək istəyirdi. Birdən nə isə xatırlamış kimi dedi: «Pərvərdigara! Sənin zikr və yadından başqa olan hər bir ləzzətə görə, Səninlə ünsiyyətdən doğmayan hər bir rahatlığa, Sənin dərgahına yaxınlaşmaqdan başqa olan hər bir sevincə və Sənə itaət etməkdən başqa olan hər bir məşğuliyyətə görə Səndən bağışlanmaq istəyirəm.(Məfatihul-cinan, Münacati Zakirin.)
Şeyxin şagirdlərindən biri onun Allah barəsində olan məhəbbətini belə təsvir edir: Şeyx Allaha o qədər aşiq idi ki, zəruri danışıqlar istisna olmaqla, məhbubundan başqa bir söz danışmağa razı olmazdı.
Məhəbbət ikisiri, Məhəmmədi Reyşəhri