Aləm İlahi nurdan məhrum qalmaz

  Bismillahir rəhmanir rəhim

Qurtuluş təlimi, dinlərin, xüsusilə tövhidi dinlərin təyin edici xüsusiyyətlərindəndir. Qurtuluş təlimiylə doğrudan əlaqəli olan Qurtarıcı fikri, fərqli dinlərdə müxtəlif şəkillərdə təkrarlanar. Quraq və qaranlıq dünyaya tərk edilən və təbii və qeyri təbii şərlərlə, hər şeyin kənarında ölümlə qarşı-qarşıya qalan insan, var olduğundan bəri yapışacağı və sayəsində həyatın mənasını qavrayacağı bir budaq axtarmışdır. İnsanın bu dəruni ehtiyacı müəyyən bir zaman diliminə xas deyil. Keçdiyimiz əsrlərdə Hafiz,
 “Bu qaranlıq gecədə məqsədimi itirdim 
Çıx artıq bir küncdən ey hidayət ulduzu”  deyərkən çağımızın böyük şairi Nima,
“Gecə qaranlığında səni gözləyirəm” deyir.
Hər şeyi ağılla ölçüb biçmiş olsalar da dini mütəfəkkir və hakimlər də bu mövzunu fərqli bir şəkildə ələ alar, hidayət üzərində dayanarlar. Daha açıq bir ifadəylə, Zatullah anlayışlarına bağlı olaraq onların düşüncəsində hidayət zəruri bir məsələyə çevrilər. Bu anlayışa görə yer üzü ilahi höccət olmadan bir an olsun var ola bilməz. İslam məzhəbləri arasında bu mövzunu hərtərəfli ələ alan və İmamət mövzusunun izahına xüsusi qayğı göstərən tək məzhəb Şiədir. Necə ki,  tarixə baxdığımızda filosofların və müdriklərin əksəriyyətinin Şiə olduğunu görərik.

Fəlsəfə ustadı və Şəhid Behişti Universiteti Elmi təşkilatının üzvü Dr. Qulamrza Avanı, İranda fəlsəfəylə maraqlananların yaxından tanınmış bir isim. İran Fəlsəfə və Hikmət Təşkilatının köhnə başçısı olan Dr. Avanı işlərində həmişə Şiə hikmət anlayışı üzərində dayanmış və İslam teoloqlarının hikmətin mərtəbələri olduğu fikirinə işarə edərək İslam təlimiylə hikmətin birlikdəliyini vurğulamışdır.

Dr. Avanı ilə Müsəlman müdriklərin İmamət və Vilayət mövzusuna yanaşmaları üzərinə danışdıq və xüsusidə Həkim Sührəverdinin bu mövzudakı düşüncələri haqqındakı fikirini soruşduq.

Müsəlman müdriklər İmamət və Qeybət mövzusunu necə ələ almışlar?

Quranda da açıqca bəyan edildiyi kimi Hz. Peyğəmbər, peyğəmbərlərin sonuncusudur. Hz. Adəmlə başlayan peyğəmbərlik Hz. Məhəmməd Mustafa (s) ilə sona çatmışdır. Bu nöqtədə ağla bu sual gəlir: Allah bundan belə insanı təkmi buraxmışdır? İnsan hər vəziyyətdə bir həddiyə, hidayət ediciyə möhtacdır və Allah höccətini hər kəsə tamamlayacaq. “Qəti dəlil (hüccət) Allahdandır. “(Ənam, 149) Quranda belə buyurur: “Bizim rəbbimiz hər şeyə xilqətini verən, sonra da hidayət edəndir. “(Ta-Ha, 50)

 Bu bu mənanı verir: Hər şeyi yaradan Allahdır amma hər şey yaratmaqla bitməz. Yaratmanın yanında hidayət də söz mövzusudur. Hidayət olmazsa Allahın yaratma hərəkəti əskik qalar. Bu ayə, Allahın hər şeyi yoxluq sirrindən varlığa gətirdiyi, sonra da hamısını hidayət etdiyi mənasını verər. Bu səbəbdən peyğəmbərlik Hz. Peyğəmbərlə sona çatmışdır Ancaq hidayət mütləq mənasında sona çatmamışdır. Sona çatdığı fərz edilsə xilqət, yaradılış məqsədinə çatmaz; hidayətin davam etməsi lazımdır. Çünki dinin qəlbi hidayətdir, peyğəmbərlər insanların hidayəti üçün göndərilmişlər. Bu gün hələ hidayətə çatmamış qövmlər var. Buna görə Müsəlman həkimlərə (müdriklərə) görə hidayət davam etməkdədir. Lakin hidayət nə şəkildə davam etməkdədir? Vilayət yoluyla. Bu səbəbdən peyğəmbərlik və risalət sona çatmışdır amma vəhyin qəlbi, peyğəmbərliyin qəlbi, risalətin qəlbi olan İlahi Vilayət sonlanmamışdır.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment