Bismillahir Rəhmanir Rəhim
“Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O onların arasında min ildən əlli əskik (doqquz yüz əlli) qaldı…”
İmam Məhdi (ə) Allahın izni ilə yer üzərində yüksək proqramları icra edəcəkdir. Lakin bu proqramların icrası üçün hazırda münasib şərait və səbəb yoxdur. Allah-təala özünün son höccətini ona görə uzun ömürlü etmişdir ki, ilahi hədəflərin həyata keçirilməsi üçün lazım olan zaman gəlib yetişsin. Bu səbəbdən İmam Zaman (ə)-in ömrü Həzrət Nuh (ə) və Həzrət Xızır (ə)-ın ömrü kimi uzun olmuşdur. İmam Səccad (ə) buyurur:”İmam Məhdi (ə) ömrünün uzun olmasına görə Həzrət Nuha bənzəyir.”
Həzrət Nuh (ə) qeyd olunan ayəyə əsasən tufandan qabaq yüz əlli il dini təbliğ etmişdir. Əgər peyğəmbərlikdən qabaqkı illər və tufanadan sonrakı illər ona əlavə edilərsə, hədislərdən istifadə olunduğu kimi onun ömrünün uzunluğu 2500 ilə çatacaqdır. Halbuki İmam Zaman (ə)-ın ömrü Həzrət Nuhun ömrünün yarsına da çatmamışdır.
Həzrət Musa (ə)-ın dövründə yaşayan Həzrət Xızr bütün müsəlmanların əqidəsinə əsasən hələ də diridir. Həzrət Musanın zamanından Həzrət Peyğəmbər-Əkrəm (s.ə.v.v)-in zühura qədər olan fasilə 2 min il olduğu üçün Xızr peyğəmbərin ömrü İmam Məhdi (ə)-ın ömründən təqribən 2300 il artıq olacaqdır. İmam Sadiq (ə) məhşur bir hədisdə Həzrət Xızr peyğəmbərin ömrünün uzunluğu, və İmam Məhdi (ə)-ın uzun ömürlü olmasının mümkünlüyü üçün dəlil gətirmişdir.
Uzun ömurlülük yalnız ilahi övliyalara məxsus deyildir Allah düşmənlərinin içərisində də İblis kimi uzun ömürlü olanlar vardır. Ən böyük düşməninə belə üzün ömür əta edən mütəal Allah üçün son höccətini bu nemətdən bəhrələnməyi müqabilində bir mane ola bilərmi? Əgər insan İmam Zaman (ə)-ın digər Allah höccətləri kimi ilahi elmə yiyələnib o elmdən istifadə etməklə qocalıq və xəstəlik amillərindən uzaq olmasına diqqət edərsə, artıq Həzrətin ömrünün uzunluğu ona çətin gəlməyəcəkdir.
Ömrünün uzunluğu ilə bərabər, İmam Məhdi (ə) zaman keçdikcə qocalıb zəifləməmiş və orta yaşlı cavan qiyafəyə malikdir. Hər kəs o Həzrətə baxarsa təqribən qırx yaşlı olmasına inanar.
Allah-Təala o Həzrətin vücudunu sağlam etsin və zühurunu tezləşdirsin.
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.