Bismillahir Rəhmanir Rəhim
“Müttəqilər o kəslərdir ki, qeybə inanırlar.”
Düzdür, İmam Məhdi (ə.f) dünyaya gəldiyi vaxtdan uşaqlıq həyatı boyu cəmiyyət içində aşkar tanınmış bir şəxs olmamışdır. Lakin beşinci dərsdə qeyd olunduğu kimi İmam Əskəri (ə)-ın mənzilinə gələn xalis şiələr və etimadlı şəxslər bəzən o Həzrətin hüzuruna yetişirdilər. Bir də ki, o Həzrətin İmamətinin başlandığı zamandan ictimai şarait elə olmuşdur ki, İmam (ə) Allahın əmrilə qeybə çəkilərək cəmiyyətdə məxfi yaşamış və ilahi vəzifələrini yerinə yetirmişdir.
İmam Zaman (ə.f)-ın qeybə çəkilməsi iki müxtəlif dövrdə olmuşdur: “Qeybəti-suğra” və “Qeybəti-kübra.” Əhli-sünnətdə İmam Məhdi (ə.f)-ın bu iki dövrdə qeybə çəkilməsini Peyğəmbəri-Əkrəm (s) və başqa dini rəhbərlərin hədislərində qeydə alınmasını açıqlamışlar. İmam Sadiq (ə) buyurur: “Həzrət Məhdi (ə) iki dövrdə qeybə çəkilmişdir: biri uzunmüddətli (Qeybəti-kübra), digəri isə qısamüddətli (qeybəti-suğra)-dır.”
Qebəti-suğra o Həzrətin İmaməti zamanından başlayaraq 69 il, yəni 329-cu ilə qədər davam etmişdir. Sonra isə qeybəti-kübra başlamış və Həzrətin zühuruna qədər davam edəcəkdir.
Qebəti-suğra zamanında İmam Məhdi (ə.f)-ın cəmiyyət arasında camaatın məktubları, sualları, nəzirlərini və digər məsələləri İmama çatdıran, eləcə də İmamın cavablarını xalqa yetirən xüsusi nümayəndələri olmuşdur. Bu nümayəndələr “nəvvab ərbəə” adı ilə tanınmış dörd nəfər olmuşdur. “Nəvvab ərbəədən” tarixdə çoxlu möcüzələr və kəramətlər nəql edilmişdir. Bağdad onların yaşadıqları və dəfn olunduqları şəhərdir. “Nəvvab ərbəə” bu şəxslərdən ibarətdir.
Birinci naib: Cənab Əbu Əmr Osman ibni Səid Əmridir. Həzrət Məhdi (ə.f)-ın İmamətinin ilk günlərindən İmamın naibi, qabağlar da İmam Hadi (ə) və İmam Əskəri (ə)-ın vəkili təqribən 265-ci ildə vəfat etmişdir.
İkinci naib: Cənab Əbu Cəfər Muhəmməd İbni Osmandır. O da əvvələr İmam Əskəri (ə)-ın vəkili və 304 yaxud 305-ci hicri ili Cəmadül-əvvəl ayına qədər Həzrət Məhdi (ə.f)-ın naibi olmuşdur.
İmam Əskəri (ə)-ın ziyarətinə gələn 40 nəfərin içərsində olan bu iki şəxs İmam Məhdi (ə.f)-ı görmək şərəfinə nail olmuş və İmam Əskəri (ə) onları Həzrət Məhdiyə naib təyin etmişdir.
Üçüncü naib: Əbul-Qasim Hüseyn ibn Ruh Nobəxtidir. 0 326-cı il Şaban ayının 18-ə qədər İmammın naibi olmuş, özü də əsli iranlı olan Nobəxtilər ailəsinin hörmətli nümayəndəsidir.
Dördüncü naib: Cənab Əbul-Həsən Əli ibni Muhəmməd Seymuri yaxud Səmuridir. O 329-cu il Şaban ayının 15-ə qədər İmamın naibi olmuş və ömrününü sonuna altı gün qalmış Həzrətin yazdığı bir məktub vasitəsilə naiblik müddətinin sona yetməsi, qeybəti-kubra dövrünün başlanmasından xəbər tutmuşdur.
Hazırda üzərindən təqribən min yüz il keçən qeybəti-kübra zamanında İmam (ə)ın xalq arasında xüsusi münayəndələri olmamışdır. Xalq dini məsələlərdə hədis ravilərinə, yəni bütün şəriətlərə malik olan fəqih və dini alimlərə müraciət edilmişdir. Elə bu səbəbdən camaat müctəhidlər və fəqihlər təbəqəsini istilahda İmamın “navvab am”ı (ümumi naiblər) adlandırmışlar. İmam Məhdi (ə.f) bir məktubda buyurur: “Gələcəkdə baş verəcək hadisələrdə bizim hədis ravilərimizə müraciət edin. Çünki onlar mənim sizin üçün təyin etdiyim höccətlər, mən də Allahın onlar üçün qərar verdiyi höccətiyəm.”
Qeybət dövründə cəmiyyət içərisində tanınmaz surətdə məxfi qalan İmam Zaman (ə.f) Həcc mərasimində iştirak edir, köməksizləri hidayət edərək xalq arasında yaşayır. Yəni baxmayaraq ki, insanlar İmam Məhdi (ə.f)-i zahirdə tanımırlar, lakin o buludlar arxasında olan günəş kimidir. “Belə ki, insanlar onun nuru, hərarəti və cazibəsindən istifadə edərək müqəddəs vücudundan faydalanırlar.”
Qeybət əsrində hərçənd ümumi xalq o Həzrəti tanımır və xüsusi olaraq İmama müraciət edə bilmirlər, lakin Allah-təalanın izni ilə bir çox xüsusi şəxslər Həzrətin hüzuruna və görüşünə nail olmuşlar. Belə ki, bu barədə çoxlu məşhur və həyəcanlı xatirələr də mövcuddur.
Allah bizi o Həzrətin hüzuruna yetirsin və bizi o Həzrətə əbədi olaraq qovuşdursun!
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.