4-cü dərs. İmam Məhdi (ə.f)-lə tanışlıq

Bismilləhir Rahmənir Rahim 

“Əgər mömin olsanız Allahın zəxirəsi sizin üçün daha yaxşıdır.”

Məsum İmamlar (ə)-dan nəql olunan çoxlu hədislərdə Həzrəti Mehdi(ə)-ın xüsusiyyətləri bəyan edilmişdir. Onlardan bəzilərinə aşağıda işarə olunur:  

1-Adı: İmam Zaman (ə)-ın Adı İslam Peyğəmbəri (s.ə.v.v)-in adı ilə eynidir.

 2-Ləqəbləri: O Həzrətin çoxlu ləqəbləri vardır. O, Həzrətin məşhur ləqəbləri aşağıdakılardan ibarətdir : “Bəqiyyətullah” (yəni o həzrət Allah hüccətləri arasında yeganə imamdır ki, bu vaxta qədər yaşayır.), “ Xələfi-Saleh” (yəni layiqli canişin),  “Mənsur” (Allah tərəfindən kömək olunan), “Sahib Əzzaman” (zamanın yeganə ilahi hakimi),  “Sahibul-əmr” (ədalətli bir hökümət quran),  “ Müntəzər” (intizarı çəkilən), “Qaim” (qiyam edən). Şiələr İmam Riza(ə)-ın etdiyi kimi “Qaim” ləqəbini eşidərkən ayağa qalxıb əllərini başları üzərinə qoyaraq o Həzrətin zühuru üçün dua edirlər.Və  Həzrətin ən məhşur ləqəbi isə hidayət olunmuş mənasını verən “Məhdidir.” 

 3-Kunyəsi: İmam Zaman (ə)-ın kunyəsi Həzrət Rəsulullah (s.ə.v.v)-in kunyəsi ilə eynidir.O Həzrətin məhşur kunyəsi isə “Əba Salehdir.”                                                        

 4-Atası: Həzrətin əziz atası on birinci İmam Həzrət Həsən Əskəri(ə)-dır. Həzrət İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə belə buyurmuşdu: “Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!”           İmam Zaman(ə) ata tərəfdən İmam Hüseyn (ə)-ın doqquzuncu övladıdır.

 5-Anası: İmamın əziz anası Həzrəti Nərcis (ə) xanımdır. O ata tərəfindən Rum imperatorunun oğlu Yəşau, anası isə Həzrəti İsa (ə)-ın vəsilərindən olan Şəmunun nəsilindəndir. Həzrəti Nərcis Süsən,ReyhanəMəlikə adları ilə də çağırıblar. Rum padşahının sarayında yaşayarkən Həzrət Peyğəmbər(s.ə.v.v) onun elçiliyinə gələrək Həzrəti İsaHəzrəti Şəmundan  İmam Həsən Əskəri(ə) üçün istədiyini yuxuda görür. Həzrət İsa belə bir qohumluq əlaqəsindən çox sevinir. Həzrəti Şəmunun razılığı ilə Rəsuli-Əkrəm (s.ə.v.v) əqd oxuyaraq onu İmam Həsən Əskəri(ə)-a nigahlayır. Həzrəti Nərcis başqa yuxularında Həzrəti Zəhra (s.ə)-nın əmr ilə müsəlman olur. İmam Həsən Əskəri(ə)-ın yuxu aləmində ona verdiyi göstərişə  əsasən xidmətçi paltarı geyinərək rumlularla müsəlmanların döyüşündə iştirak edir. Rumlular məğlubiyyətə uğradıqdan sonra əsir düşərək Bağdad şəhərinə gətirilir. Həzrət İmam Hadi (ə)-da Allahın izni ilə köməkçisi Bunşir ibn Süleymana 220 dinar və Rum dilində yazılmış bir məktub verib Həzrəti Nərcisi alması üçün Fərat sahilinə, əsirlərin bazarına göndərir.  Bunşir ora gedib Həzrət Nərcisi tapır. Məktubu ona təqdim edir, pul kisəsini isə sahibinə verərək onu alır. Sonra birlikdə Samirraya gəlir. İmam Hadi(ə) bacısı Həzrəti Həkimə xatunu yanına çağırıb buyurur: “Ey Peyğəmbərin qızı, Nərcisi öz mənzilinə apar. Ona islamın qayda-qanununu öyrət. O oğlum Həsənin həyat yoldaşı və Həzrəti Məhdi (ə)-ın anası olacaqdır.”                                                                                                                                              Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu”خيرت الإ ماء” (kənizlərdən seçilmiş) və “سيدت الإماء” (kənizlərin sərvəri) adlandırmışlаr.

Allah o Həzrətin mərifətini bizə nəsib edib və xeyirli dualarını halımıza şamil etsin!    

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

2 thoughts on “4-cü dərs. İmam Məhdi (ə.f)-lə tanışlıq”

  1. Bismillah,Imam Zaman (e) aganin anasi Hz.Nercis (s) xanimin kimin neslinden olmasi ve hansi yollarla Imam Hadi (e) Onu almasi revayetin kimin fikri olmasini,yeni Agalardan hansi birisi bu revayeti qeleme almasini yazsaniz minnetdar olardiq,cun,bu revayetlerde muxteliflikler olmalidir.

    • Bismillah. Həzrəti Nərcis xanımın (s.ə) nəsəbi ilə bağlı yuxarıda qeyd edilən hədislər mərhum Əllamə Məclisinin (r.ə) «Biharul-ənvar» kitabında (5/13)-də və həmçinin «Viladətuhu və əhvali ummihi» adlı babda, mərhum Şeyx Tusinin (r.ə)»Ğeybət» kitabında (208/rəqəm 178), həmçinin mərhum Şeyx Səduqun (r.ə) «Kamalud-din» kitabında «41-ci bab»da qeyd olunmuşdur. Alimlər (r.ə) arasındakı başlıca rəyə əsasən həzrəti Məhdinin (ə.f) anası həzrəti Nərcis xanım(s.ə)ata tərəfdən Rum imperatorunun oğlu Yəşuanın, ana tərəfdən isə həzrəti İsanın (ə) vəsisi həzrəti Şəmunun (ə) nəslindəndir.

Leave a Comment