Bismillahir Rəhmanir Rəhim
“Tezliklə Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar.”
Həzrət Məhdi (ə)-ın xüsusi köməkçilərinin sayı əvvəlcə “Bədr” döyüşünün əsgərləri qədər 313 nəfər olub tədricən on min nəfərə kimi artacaqdır. Bu şəxslər elə uca məqamların sahibləridir ki, hətta İlahi övliya və peyğəmbərlər də O Həzrətin köməkçilərindən olmaq arzusunu diləmişlər. 8-ci dərsdə dedik ki, İmam Sadiq (ə) O Həzrətin xidmətində olmaq arzusunu edib belə buyurarmış: “Əgər Həzrət Məhdi (ə)-ın dövrünə yetişsəydim ömrümün bütün günlərini O Həzrətin xidmətinə həsr edərdim.”
Oxunması tövsiyə olunan dualarda İmam Zaman (ə)-ın köməkçilərindən olmaq məqamı Allah-taaladan təkrarən istənilir: “İlahi, bizi Həzrəti Məhdiyə kömək edib onu müdafiə edən onun istəklərini yerinə yetirməyə tələsən, əmrlərinə itaət edən, onu himayə edib, arzularını həqiqətə çevirmək üçün irəliyə çıxıb hüzurunda şəhadətə yetənlərdən qərar ver.”
Lakin bilmək lazımdır ki, bu yüksək məqam nə kimi nişanələr və xüsusiyyətlər müqabilində O Həzrətin köməkçilərinə nəsib olmuşdur? Bu əlamət və vəsflərlə tanış olub onlara yiyələnmək üçün çalışıb zəhmət çəkməklə, Allah-taalanın lütfi ilə O Həzrətin əzizləri sırasında qərar tutmaq necədə gözəldir!
İmam Zaman (ə)-ın köməkçilərinin bəzi nişanələri hədislərdən istifadə olunduğuna əsasən bunlardır:
1-ibadət və təqva: Həzrət Məhdi (ə)-a yaxın şəxslər Allah-taalanın həqiqi bəndələri olub ibadət və təqva əhlidirlər. İmam Sadiq (ə) onların vəsfində buyurur: “Onlar gecələrini oyaq qalıb ibadətlə keçirər, namaz vaxtı bal arısının səsinə bənzər zümzümələr edirlər.”
Başqa bir hədisdə isə belə deyilir: “Səcdə onların alınlarında əsər qoymuşdur. Onlar gündüzləri şir kimi gecələr isə dua əhlidirlər.”
2-Qüdrət və çalışqanlıq: İmam Zaman (ə)-ın səhabələrinin əksəriyyəti cavandırlar. Onların arasında yaşı keçmiş şəxslər çox azdır. Əmirəl-möminin (ə) buyurub: “Məhdi (ə)-ın sahabələri cavandırlar. Onların arasında yaşlı şəxslər gözdə sürmə və yeməkdə duz olan qədər çox azdır.”
Cavan olmaq onların qüdrətli, qorxmaz, çalışqan və cihad edən olmalarının rəmzidir. Çünki onlar elə ağır vəzifələr daşıyırlar ki, yalnız qüdrət, şücaət və yorulmazlıq hesabına icra oluna bilər. İmam Sadiq (ə) buyurur: “Onların hər biri qırx kişinin qüdrətinə malikdir. Onlar dəmir parçasından da möhkəm olan ürəklərə sahibdirlər. Belə ki, əgər dəmir dağların qarşısından keçsələr onu kökündən qopararlar. Allah razı olmayana qədər qılınclarını qınına qoymazlar. ”
İmam Sadiq (ə) başqa hədisdə buyurur: “Onlar əgər bir şəhərin dağıdılmasına əmir olunsalar onu viran edər, (surətdə) at belinə oturmuş qartal kimidirlər.”
3-İman və ayıqlıq: İmam Zaman (ə)-ın yaxın adamları elm və bəsirətlə yanaşı olan güclü imana malikdirlər. Onlar Allahı həqiqi mərifətlə tanıyırlar. Heç zaman Allah barəsində bir şübhə də olsun onların qəlbinə yol tapa bilməz. Onlar elə bir şəxslərdir ki, öz mərifətlərini yalnız Allahın kitabı və məsumların hədislərində əxz edib, elm kəsb etmək üçün heç bir başqa mənbəyə müraciət etməzlər. Onlar dində fəqih olub çox dəqiq elmə yiyələnmişlər. Həzrət İmam Sadiq (ə) onların vəsfində buyurur: “Allah Həzrət Məhdinin elə bir möminlərin içərisində qiyama yetirəcəkdir ki, seçilmiş şəxslər, qəzavət və höhumətə layiq və dində fəqihdirlər.”
4-Ürək bağlılığı və itaətkarlıq: Həzrət Məhdi (ə)-a olan eşq və əlaqə o Həzrətin səhabələrinin ürəklərini bütünlüklə əhatə etmişdir. Qul öz sahibinə itaət etdiyi kimi, onlar da Həzrətin əmrlərinə təslim olub heç bir şəraitdə onun buyuruğundan çıxmazlar. İmam Sadiq (ə) buyurur: “Həzrətin köməkçiləri təbərrük olaraq əllərini onun atının yəhərinə sürtərlər. Onlar Həzrətin ətrafına dövr vuraraq döyüşlərdə ruh və cisimlərilə Həzrəti qoruyar və İmamın istədiyi hər bir şeyi yerinə yetirərlər.”
Sonda altıncı İmam Sadiq (ə)-dan İmam Zaman (ə)-ın sahabələri barəsində olan bir tövsiyəni qeyd edirik: “Hər kəs İmam Məhdi (ə)-ın səhabələrindən olmaq istərsə, gərək onun müntəziri olub gözəl əxlaq və təqva ilə əməl etsin. Çünki o İmamın zühurunun müntəziridir.”
Bu dərsi İmam Rza (ə)-dan yetişən bir dua ilə sona yetirərək Allahdan belə xahiş edək; “Pərvərdigara!… Bizi Sənin dininə kömək edənlərdən və Öz vəslinin köməkliyini böyük tutanlardan qərar verərək, başqalarını bu məqam üçün bizim yerimizə təyin etmə!”
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.