Bismillahir Rəhmanir Rəhim
Hədislərdə gəlmişdir ki, bizim əməllərimiz həzrəti İmam Məhdi (ə)-a təqdim olunur. Həzrət (ə) yaxşı əməllərimizə görə sevinir, pis və qəbih əməllərimizə görə isə kədərlənir. Bu səbəbdən də Allahın və həzrəti İmamın (ə) razılığını əldə etmək üçün özümüzü islah etməli, əməllərimizə nəzarət etməliyik.
İmam Xomeyni (r) deyir: “Gərək bizlər öz əməl dəftərlərimizə.. İmam Zaman ağanın (ə) məhzərinə yetişmədən öncə nəzər salaq. Əməl dəftərlərimizə baxdıqdan sonra da İmamın (ə) məhzərində layiqli bir mömin olmaqdan ötrü həzrət ilə əlaqə və rabitəmizdə bir sıra ədəblərə riayət etməliyik.” Bu ədəb və qaydalar Əhli-beyt (ə)-dan nəql edilən hədisi-şəriflərdə göstərilmişdir. Bunlara misal olaraq göstərə bilərik:
1-Həzrətlə (ə) beyətləşmək.
“Əhd”duasında gəlmişdir ki, “İlahi, mən onun üçün bu səhər və yaşadığım bütün günlərdə onun (ə) mənim boynumda olan əhd və beyətini təzələyirəm və heç bir vaxt bu beyətdən əl götürüb onu pozmayacağam.”
2-Həzrəti (ə) görməyə şövq izhar etmək.
Həzrəti Əmirəl-möminin (ə) barədə nəql olunur ki, həzrət (ə) İmam Məhdinin (ə) xatırlamış, sonra isə mübarək sinəsinə işarə edərək ona olan şövqünü bildirmişdir. İmam Sadiq (ə) da həzrəti Məhdi (ə)-ı görməyə şövqünü bildirərək buyurur: “..Əgər onun (yanında olsaydım), bütün ömrüm boyu ona xidmət edərdim..”
Əhli-beyt (ə) bizlərə o həzrəti (ə) görmək üçün dua etməyi tapşırmış və bunu “Əhd” duasında belə ifadə etmişlər: “İlаhi, pаrlаq simа və bәyәnilmiş gözәl аlını mәnә göstәr, оnа nәzәr еtmәklә gözümә şәfа vеr!”
“Nüdbə” duasında isə buyurulur: “Öz ağasını ona göstər..”. Həmçinin, “Ey Əhmədin (s) oğlu, görəsən bir yol varmı ki, sənə gətirib çıxarsın?”
Əmrinin duasında gəlmişdir ki, “İlahi, səndən öz Vəliyyi-əmrini zahirən və aşkar olaraq mənə göstərməyini istəyirəm..”
Həmçinin duaların birində gəlmişdir: “İlahi, öz vəlinin gözəl üzünü bu dünyada və öldükdən sonra bizə göstər!”
Onu da qeyd edək ki, böyük qeyb dövründə həzrətlə (ə) görüşmək mümkün bir şeydir. Belə ki, bir çox böyük məqam və təqva sahibi olan şəxslər o həzrəti (ə) görmüş, həzrətlə görüşmək şərəfinə nail olmuşlar.
3-Həzrəti İmamın (ə) vilayətində sabit qalmaq.
İmam Baqir (ə)-dan nəql edilir ki, həzrət buyurub: “İnsanlar üçün bir zaman gələr ki, imamları onlardan gizli qalar. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim vilayətimizdə sabit qalarlar. Onlara veriləcək ən az savab bu olacaq ki, aləmin Yaradıcısı (c.c) onlara səslənib deyər: Qullarım, kənizlərim! Siz mənim sirrimə iman gətirdiniz və qeybimi təsdiqlədiniz. Məndən (sizə veriləcək) xoş mükafata görə sizə müjdə olsun! Ey qullarım və kənizlərim, həqiqətən (yalnız) sizdən qəbul edir, sizi bağışlayır və sizi əvf edirəm. Sizə görə bəndələrimə yağış göndərir, sizə görə bəlanı onlardan uzaqlaşdırıram! Əgər sizlər olmasaydınız, əzabım onlara nazil olardı!” (“Biharul-ənvar”, c.52, səh.145)
4-Həzrətin (ə) ayrılığından kədərlənmək və buna görə göz yaşı tökmək.
“Kafi” kitabında İmam Sadiq (ə)-dan nəql edilən belə bir hədis gəlmişdir; həzrət (ə) buyurur:
“Bizə görə qəmlənən və bizə edilən zülmə görə kədərlənən şəxsin nəfəsi təsbihdir”.
Həmçinin yenə o həzrətdən (ə) nəql edilir ki, buyurur:
“And olsun Allaha, sizin İmamınız uzun müddət sizdən gizli qalacaq və sizlər arınacaqsınız. Ən sonda deyəcəklər ki, “o ölüb” və ya “hansısa bir vadidə həlak olub”. (O zaman) möminlərin gözləri ona ağlayar, ona görə yaşla dolar.”
“Uyun-əxbar” kitabında da İmam Rza (ə)-dan rəvayət edilir ki, buyurur:
“Məul-məin”in, yəni Huccətin (ə) yoxluğundan nə çox kədərli, mütəəssif və sərgərdan möminlər və möminələr olar..”
5-Həzrət (ə) üçün dua etmək. Xüsusən də “fərəc” duası oxumaq.
İmam Həsən Əskəri (ə)-dan İmam Məhdi (ə) barəsində etdiyi duasında oxuyuruq:
“İlahi, onu bütün azğın və həddini aşmışdan qoru. Onu bütün yaratdıqlarının şərrindən qoru. Onu önündən, arxasından, sağından və solundan qoru. Onu hifz et və ona bir pisliyin yetişməsindən onu qoru..” (“Biharul-ənvar”, c.94, s.78)
Imamalmahdi.com
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.