Bismillahir rəhmanir rəhim
Fərəcin intizarını çəkmək barədə bir çox hədislər nəql edilmişdir. Bunların içərisində ən çox diqqət cəlb edən hədislərdən biri də aşağıdakı hədisdir. Belə ki, hədisi-şərifə əsasən, fərəcin intizarında olmaq əməllərin qəbulu üçün şərtdir.
Şərif “Kafi” kitabında Əba Əbdillah Sadiq (ə)-dan belə bir hədis nəql edilmişdir. Ravi deyir:
“Bir nəfər həzrətin yanına gəlib əlindəki kağızı (ona göstərdi) və dedi: Bu Məxasimin məktubudur. Əməllərin qəbul olunduğu dinin nə olduğunu soruşur. İmam (ə) buyurdu: Allah sənə rəhmət etsin, mənim də istədiyim budur. Sonra dedi: (Əməllərin qəbulu üçün şərt olan din bundan ibarətdir:) Allahın tək olduğuna və heç bir şərikinin olmadığına, həmçinin Muhəmmədin (s) Onun bəndəsi və elçisi olduğuna şəhadət vermək, Allah dərgahından gələnləri iqrar edib (qəbul etmək), biz Əhli-Beytin vilayətini qəbul etmək, düşmənlərimizdən uzaq olmaq, bizim göstərişlərimizə təslim olmaq, vərəli, təvazökar olmaq və bizim Qaimimizin (ə.f) intizarını çəkmək. Həqiqətən də bizim bir dövlətimiz vardır ki, Allah istədiyi zaman onu gətirəcəkdir”.
“Ğeybəti-Numani” kitabında isə hədisin ardınca imamın (ə) belə buyurduğu nəql olunur:
“Sonra dedi: Kim istəsə ki, Qaimin əshabından olsun, intizarda olsun və intizarda olan halda vərəyə riyaət edib əxlaqi gözəlliklərə yiyələnsin. Əgər belə bir şəxs ölərsə və Qaim ondan sonra qiyam edərsə, onun əcri (savabı) Qaim əleyhis-səlam-ın zamanına yetişən şəxsin əcri (savabı) kimi olar. Elə isə ciddi olun və gözləyin. Xoş olsun sizə, ey rəhm olunmuş dəstə!” (Ğeybəti -Numani: 207)
Göründüyü kimi, bu hədisi-şərifə əsasən, həzrəti Qaim (ə)-ın zühurunun intizarında olmaq, əməllərin qəbul olunma şərtidir. Bu isə intizar çəkməyin hansı dəyərə malik olduğunu bir daha açıqca bəyan edir. Allah bizləri intizar əhlindən qərar versin!
“əl-Kafi”, c.2, səh. 23
Tərcümə: Zuhuradogru.org
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
Allah komeyiniz olsun