Bismillahir Rəhmanir Rəhim
Əllamə Ayətullah Seyyid Mirzə Əli Qazi Təbətəbainin (Əllamə Təbətəbainin əxlaq ustadı) tələbələrinə əxlaqi və irfanivəsiyyətindən seçmələr.
Namaz
Sizə namazlarınızı ən üstün və fəzilətli vaxtlarınızda yerinə yetirməyi vəsiyyət edirəm. O namazlar nafilələrlə birlikdə 51 rükətdir. Əgər onu yerinə yetirməsəniz 44 rükətini qılın və əgər dünyəvi məşğuliyyətlər onu yerinə yetirmənizə mane olursa ən azından “təvvabin” namazını qılın. (günəşin göyün tam ortasından məğribə doğru hərəkət etdiyi vaxtda qılınan 8 rükətlik dönüş və tövbə namazıdır.)
Mərhum Əllamə Təbətəbai və Ayətullah Behçəti bu böyük ustaddan belə nəql etmişlər: “Əgər bir kimsə vacibi namazını ilk vaxtında yerinə yetirə və uca məqamlara çatmazsa mənə lənət etsin!”
Mərhum Seyyid Haşim Razevi Hindi belə buyurmuşdur: Bir gün birini, əlindən tutub ona yol göstərməsi üçün Əllamə Qazinin yanına gətirdilər. Mərhum Əllamə Qazi belə buyurdu: “Bu şəxsə namazlarını ilk vaxtında qılmasını söyləyin.” Sonradan məlum oldu ki, bu kişi ibadətlərdə vəsvəsə edərək namazlarını ən son vaxtda qılarmış.
Eyni şəkildə belə buyurmuşdur: Namazlarınızı bazarlıq etməyin onu ilk vaxtında xüzu və xuşu içində qılın. Əgər namazlarınızı qorusanız, hər şeyinizi qorumuş olarsınız. Zikri-Kəbir deyilən Hz.Fatimənin (s.ə) təsbehini (34 dəfə Allahu-əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Sübhanəllah) və Ayətəl-Kürsini namazlardan sonra deyin.
Qurani Kərim
Ayətullah Nəcəbat belə buyrurdu: Ayətullah Mirzə Əli Qazi, mərhum Ayətullah Şeyx Əli Muhəmməd Brucerdiyə (ustadın seçilmiş tələbələrindən biri idi.) buyurmuşdu ki: “Heç bir zaman Qurandan ayrı qalma.” O da ustad Qazinin bu dəsturuna ömür boyu vəfa göstərərək bağlı qalmışdır. Hər nə zaman vacibli və günlük işlərindən ayrılsa Quran oxuyar və Quranla olardı.
Seyyid Muhəmməd Həsən Qazi belə buyurur: Ustadın nəsihətlərindən bir neçəsi belədir: “İlk öncə Quranı üzündən oxumaq. Ustad belə buyurur: Quranı gözəl və səhih oxuyun.” Başqa bir nəsihəti isə İslam tarixi haqqında idi, belə buyururdu: “Peyğəmbərin (s) doğumundan, 255 ci hicri qəməri ilinə qədər və ya 260 ci hicri qəməri ilinə qədər bir dövrə İslam tarixi oxuyun.” Bu dəsturlara əməl edəndən sonra tələbələrinə gedin gecə namazı qılın deyərdi.
Ayətullah Qazi, Əllamə Təbətəbaiyə yazdığı məktubunda bunları yazmışdır: “Dəsturul Əməl, Qurani-Kərimdir; fiyhi dəvau kulli dəvain və şifau kulli alə və dəvau kulli ğalə ilmən və amələn ve halən” (O, müxlislərin gözlərinin nurunu (Quranı) hər zaman gözünüzün üstündə tutun və onunla yol hidayətçisi və siratəl-müstəqimdə seyr edin. O şərif seyrlərdən biri qiraətdir…)
Ayrıca: “Gecə, gözəl və qəmli bir şəkildə Qurani-Kərimi qiraət edin. O, möminlərin içəcək və şərabıdır. Quran tilavəti bir cüzdən az olmamalıdır.”
Gecə namazı
“Amma gecə namazı, artıq heç bir mömin üçün çarə və qaçış yolu yoxdur, o insana təəccüblənmək lazımdır ki, kamala çatmaq istəyir, amma gecə namazına qalxmır və biz indiyə qədər heç kimin gecə namazına qalxmadan məqamlara ucaldığını duymadıq.”
Əllamə Təbətəbai belə buyurmuşdur: “Nəcəfi Əşrəfə təhsilim üçün getdiyimdə, mərhum Əllamə Qaziylə olan qohumluq və yaxınlığıma görə bəzən ustadın hüzuruna gedərdim. Yenə bir gün mədrəsədə dayanmışdım ki, mərhum Əllamə Qazi oradan keçirdi. Mənim yanıma gəldiyində əlini çiynimə qoyaraq belə buyurdu: “Ey oğul! Dünya istəyirsən gecə namazı qıl, axırət istəyirsən gecə namazı qıl.”
Hacı Seyyid Haşım Həddad belə buyururdu: “Mərhum ustad bu şəkildə idi və bizə də bu şəkildə dəstur verirdi ki, gecə yarısı gecə namazı üçün qalxdığınızda az bir şey yeyin məsələn çay, ayran və ya bir salxım üzüm yeyin. Belə ki, bədəninizi süstlük və tənbəllikdən çıxartsın və ibadət həzzi gəlsin. ”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.