Bismilləhir Rəhmanir Rəhim
Əllamə Hilli, bir cümə axşamı Hz. İmam Hüseyn Seyyidüş Şühədanın (ə.s) ziyarətinə getmək üçün miniyinə minib əlində qamçısıyla tək başına yola düşür.
Yolda geyimindən ərəbə (o yerlərin camaatı Ərəblər idi) oxşayan biri Əllamə Hilliyə qoşulur. Yol boyunca söhbət edirlər. Bir az birlikdə hərəkət etdikdən sonra Əllamə bu şəxsin adi biri olmadığını və böyük fəzilət sahibi olduğunu anlayır. Sonra onunla bəzi elmi mövzularda söhbət etməyə başlayırlar. Söhbətdən Əllamə bu adamın bilikli, ərdəm və fəzilət sahibi olduğu qənaətinə gəlir.
Əllamə Hilli, müxtəlif elmlərdə qarşılaşdığı çətinlikləri tək-tək deyir və O da onlara tək-tək cavab verir. Bir mövzuda Əllamə o şəxsin verdiyi fətvanı qəbul etməyərək etiraz edir: “Sizin verdiyiniz bu fətva haqqında hədis yoxdur.” O adam belə cavab verir: “Bu mövzuda hədis, Şeyx Təbərsinin “Təhzib” kitabında zikr edilmişdir. Siz Təhzib kitabını bu qədər (neçə səhifə olduğunu söyləyir) çevirin filan səhifəni açın filan sətirdə (neçənci sətir olduğunu söyləyir) bu mövzudakı hədisi görəcəksiniz.”
Əllamə Hillinin təəccübü daha da artır. Çünki özü daha yetkinlik çağına çatmadan müctehid olmuş, daha uşaq yaşlarında dövrünün ən alim kəslərindən biri olaraq tanınmışdı. Dövrünün ən bilikli kəslərindən biri və eyni zamanda qarşısında heç bir məzhəb aliminin dayana bilmədiyi, hər kəsi elmiylə susdurduğu biri olaraq tanınardı. Heç kim onunla mübahisə etməyə cəsarət belə edə bilməzdi.
Əllamə Hilli, o adama belə bir sual verər: “Görəsən Qeybəti Kübra (böyük qeyb) dövründə İmami Zaman Məhdini (ə.f) ziyarət edə bilərikmi?” Həmin anda Əllamə Hillinin əlindəki qamçı yerə düşür, O məchul böyük şəxsiyyət əyilərək yerdəki qamçını götürür və Əllamə Hillinin ovcuna qoyaraq belə buyurur: “Necə olur ki, Sahibəz Zamanı görməyəsən, halbuki bu anda onun əli sənin əllərinin arasındadır!”
Əllamə Hilli, ixtiyarsız olaraq özünü miniyindən yerə ataraq ayaqlarına qapanaraq öpmək istəyir, amma huşunu itirərək yerə yıxılır. Özünə gəldikdə yanında kimsənin olmadığını görür. Evinə dönərək Təhzib kitabını açır və Ağanın (ə.f) dediyi səhifə və sətirə baxaraq həmin hədisi görür.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
halal edin paylaşdım
Bismillah. İstənilən xəbəri istinad etməklə paylaşa bilərsiniz.
mövzulari paylaşıram