Bismilləhir Rahmənir Rahim
Səkkiz və doqquzuncu əsrin böyük əhli-sünnə alim və mütəsəvvüflərindən olan Muhəmməd ibn Muhəmməd ibn Mahmud əl-Hafizi əl-Buxari yazmış olduğu “Fəslul-Xitab li Vəəslil-Əhbab” adlı əsərinə Məhdiliklə əlaqəli uzun bir bölüm qoyaraq mövzu ilə əlaqəli hədisləri toplamışdı;
“Camiul-usul”da qiyamətin əlamətlərindən olaraq zikr olunur ki, Məsih ələyhissəlam və Hz. Mehdi (ə.f) haqqında Cabirdən rəvayət olunduğuna görə Allah Rəsulu (ə) buyurmuşdur:
“Ümmətimdən bir dəstə haqq uğrunda müzəffərlər olaraq qiyamət gününə qədər vuruşacaqlar. Bu sırada İsa (ə) enər, müsəlmanların əmiri ona deyər: Buyur bizə namaz qıldır. O da cavabında deyər: Xeyir, Allahın bu ümmətə ikramı olaraq sizin biriniz digərinizə əmirdir.”
….Şərhus-sünnədə “əşratuş-şaə” babında Hz. Məhdi (ə.f) haqqında rəvayət nəql edir. Əbu Səid əl-Xidri Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu nəql edir: Allah Rəsulu (s.ə.s) bu ümmətin başına gələcək bir bəladan söhbət edərkən buyurdu: “O bəlanın gəlməsi ilə insanın zülmdən sığınacağı bir sığınacaq tapmadığı bir vaxtda Allah mənim nəslimdən, Əhlibeytimdən bir şəxs göndərər. Yer üzü əvvəl necə ki, zülm ilə dolu idi, elə də ədalətlə dolacaq. Göy və yer sakinləri ondan razı olarlar. Səma heç bir damlası qalmayıncaya qədər bütün yağışını endirər. Yer üzü bütün xəzinələri çölə çıxarar. Hətta ölülər belə dirilmək istəyərlər. O belə bir vaxtda yeddi il, yaxud səkkiz il, yaxudda doqquz il yaşayar…”
… İmam Əbul Abbas əl-Muğstağfiri “Dəlailun Nubuvvə vəl Mucizat” kitabında Hz. Mehdi (ə.f) haqqında Abdullah ibn Məsuda yetişən sənədlə rəvayət edir: Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Günlər və gecələr tükənmədən Allah Əhlibeytimdən adı mənim adımdan, atasının adı atamın adından bir adam göndərər. Yer üzü necə ki, zülm və sitəm ilə dolduruldusa , o şəxs də ədalətlə doldurar. ..” (Muhəmməd ibn Muhəmməd ibn Mahmud əl-Hafizi əl-Buxari, Fəslul-Xitab li Vəəslil-Əhbab, s.553-557, Ərkam yayınları, № 45)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.