Bismillahir Rəhmanir Rəhim
Bir nəfər “mən bir sünni olaraq şiəyə aid hədis qaynaqlarında yer alan bu mövzuyla əlaqədar hədislərdə tərəddüd edirəm” deyə bilər və bu hədislərin Şiəyə xas olduğunu, Əhli Sünnənin mötəbər qaynaqlarında olmadığını söyləyə bilər. .[1]
Belə düşünən qardaşımıza cavabımız isə belədir: “Hərçənd Üməyyə oğullarıyla Abbasilər dövrünün çətin şərtləri, o dövrün siyasətçilərinin təzyiqi və şiddətli məzhəb fanatizmləri vilayət, imamət və Əhli Beyt haqqındakı hədislərin müzakirə edilməsinə və kitablarda yazılmasına icazə vermirdi, amma yenə də Əhli Sünnənin hədis kitablarını Mehdi ilə əlaqədar hədislərlə doludur. Məsələn:
Abdullah, Peyğəmbərin (s. a. a) belə buyurduğunu nəql edir: “Əhli Beytimdən adı mənim adım olan biri ərəblərə hökumət etmədikcə dünya dağılmayacaq. “[2]
Tirmizi öz Səhihində bu hədisi nəql etmiş və “Bu hədis səhihdir” demişdir. Sonra Mehdi haqqında Hz. Əli (ə.s), Əbu Səid, Ümmi Sələmə və Əbu Hüreyrə deyil də bir sıra hədislər nəql edildiyini qeyd etmiştir.[3]
Hz. Əli b. Əbi Talib (ə.s) Peyğəmbərin (s. a. a) belə buyurduğunu nəql edir: “Əgər (dünyanın sonuna) bir gün qalsa belə zülmlə dolan dünyanı ədalətlə doldurması üçün mənim Əhli Beytimdən olan biri mütləq göndəriləcək. “[4]
Ümmi Sələmə də Peyğəmbərdən (s. a. a) bu hədisi eşitdiyini nəql edir: “Vəd edilmiş Mehdi mənim Əhli Beytimdən və Fatimənin (ə.s) övladlarındandır. “[5]
Əbu Səid Peyğəmbərdən (s. a. a) belə eşitdiyini nəql edir: “Bizim Mehdimiz açıq alınlı və incə burunludur. Zülmlə dolduqdan sonra yer üzünü ədalət ilə dolduracaq. O, yer üzündə tam yeddi il hökumət edəcək. “[6]
Hz. Əli (ə.s) də Peyğəmbərin (s. a. a) belə buyurduğunu nəql edir: “Vəd edilmiş Mehdi mənim Əhli Beytimdəndir. Allahı Təala onun üçün lazımlı şərtləri bir gecədə hazırlayar. “[7]
Əbu Səid isə Peyğəmbərin (s. a. a) belə buyurduğunu nəql edir: “Yer üzü zülmlə dolacaq. Daha sonra Əhli Beytimdən olan biri zühur edəcək yeddi və ya doqquz il hökm sürəcək və yer üzünü ədalətlə dolduracaq. “[8]
Əbu Səid Peyğəmbərin (s. a. a) belə buyurduğunu rəvayət edir: “Axır zamanda sultan(ları) tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir. Elə bir bəla ki ondan daha şiddətlisi eşidilməmişdir. Belə ki geniş yer üzü onlara daralacaq və zülmlə dolacaq. Möminlər bu zülmdən xilas olmaq üçün bir sığınacaq və bir qurtarıcı tapmayacaqlar. Daha sonra Allahı Təala Əhli Beytimdən birini zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcək. Səma və yer üzünün sakinləri ondan razı olacaqlar. Yer üzü bütün bitkilərini onlara yaşıllaşdıracaq və səma davamlı onlara yağış yağdıracaq, yeddi və ya doqquz il xalq arasında yaşayacaq və Allahı Təalanın yer üzünə endirdiyi bu qədər xeyr səbəbiylə ölülər yenidən yaşamağı arzulayacaqlardır.”[9]
Belə hədislər Əhli Sünnə kitablarında da olduqca çoxdur. Amma bu bir neçə hədis iddiamızın isbatı üçün kafi olduğunu sanırıq.
[1] – “əl-Mehdiyyu Fil Islam” Sad Məhəmməd Həsən, Misir nəşri, H. 1373, s. 69; Müqəddiməs(n)i Ibni Xaldun, Misir nəşri, s. 311.
[2] – Səhihi Tirmizi, c. 9, Babı ma caə fil Mehdi, s. 74; Yənabi-ul Məvəddə, Şeyx Süleyman, H. 1308 nəşri, c. 2, s. 180.
[3] – Səhihi Tirmizi, c. 9, Babı ma caə fil Mehdi, s. 74; Yənabi-ul Məvəddə, Şeyx Süleyman, H. 1308 nəşri, c. 2, s. 180; əl-Bəyan fi Əxbarı Sahibəz Zaman, Məhəmməd b. Yusufu Şafei, Nəcəf nəşri, s. 85; Nur-ül Əbsar, s. 171; Mişkat-ül Məsabih, s. 370.
[4] – Səhihi Əbi Davud, Kitab-ul Mehdi, c. 2, s. 207; əl-Bəyan, s. 59; Nur-ul Əbsar, Şəblənci, s. 156; Əs Səvaiq-ül Muhriqa, Ibni Həcər, Qahirə nəşri, s. 161; Fusul-ul Muhimmə Ibni Səbbağ, Nəcəf nəşri, s. 161. Is’af-ür Rağibin, Məhəmməd əs-Sabban.
[5] – Səhihi Əbi Davud, c. 2, Kitab-ul Mehdi, s. 207, Əbu Davud bu hissədə 11 hədis nəql etmişdir. Səhihi Ibni Macə Babı Xuruc-il Mehdi, c. 2, s. 207; Səvaiq, s. 161; əl-Bəyan, s. 64; Mişkat-ul Məsabih, Məhəmməd b. Abdillah Xatib, Dehli nəşri, s. 370.
[6] – Səhihi Əbi Davud, c. 2, Kitab-ul Mehdi, s. 208; Fusul-ul Muhimmə, s. 275; Nur-ul Əbsar, Misir nəşri, s. 170; Yənabi-ul Məvəddə, c. 1, s. 161.
[7]- Səhihi Ibni Macə, c. 2, Babı Xuruc-il Mehdi, s. 519, bu babda 7 hədis zikr edilmişdir; əs-Səvaiq-ul Muhriqa, s. 161.
[8] – Müsnədi Əhməd, c. 3, s. 28, Musnədatı Əbi Səid-el Xudri babında Mehdi ilə əlaqədar bir sıra hədislər zikr edilmişdir; Yənabi-ul Məvəddə, c. 2, s. 228.
[9] – əl-Bəyan, s. 72; əs-Səvaiq-ul Muhriqa, s. 161; Yənabi, c. 2, s. 177.
İbrahim Əmini “Ədalət günəşi” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.