Bismillahir rəhmanir rəhim
Bəzi sünni qardaşlar belə deyirlər: “Şiə kitablarında Mehdinin varlığı açıq və müəyyən bir şəkildə ifadə edilmişdir. Amma Əhli Sünnə kitablarında gizli və bağlı bir şəkildə açıqlanmışdır.
Məsələn çoxlu hədislərinizdə görülən və İmamın qəti əlamətlərindən sayılan qeybət məsələsi bizim Əhli Sünnə hədislərində zikr edilməmiş və lazımınca əhəmiyyət verilməmişdir.
Vəd edilmiş Mehdi sizin hədislərinizdə “Qaim” “Sahib-ul Əmr” və s. adlarla da xatırlanmışdır. Amma bizim hədislərdə Mehdi xaricində bir ad istifadə edilməmişdir. Xüsusilə də “Qaim” təbiri bizim hədislərimizdə heç istifadə edilməmişdir. Sizlərə görə bu vəziyyət düşündürücü deyilmi?”
Bu qardaşlarımızın belə düşünmələrinin səbəbi ehtimalla Məhdilik mövzusunun Üməyyə və Bəni Abbas zamanında tamamilə siyasi bir rəngə bürünmüş olmasıdır.
O vaxt əd edilmiş Mehdinin (ə.f) xüsusiyyət və əlamətləri ilə xüsusilə qeybət və qiyamla əlaqədar hədisləri qeyd etmək və nəql etmək sərbəst deyildi, zamanın xəlifələri hədislərin, xüsusilə də Mehdinin qeybət və qiyamıyla əlaqədar hədislərin yığdırılmasına və tərtibinə xüsusi bir həssaslıq göstərirdi.
Hətta qeybət kıyam və xuruc sözlərinə belə olduqca həssas idilər.
Əgər sizlər də tarixə müraciət etsənizr, Əməvi və Abbasi dövrünün siyasi hadisələrini və böhranlı dövrünü araşdırsanız bunları mütləq təyid edərsiniz. Biz burada o dövrün hadisələrini araşdırmaq istəmirik. Amma məqsədimizi isbat etmək üçün iki mövzuya işarə etmək istəyirik.
Birincisi; Mehdilik mövzusu dərin dini kökləri olan bir inanc idi və şəxsən Peyğəmbər (s) də küfr və dinsizliyin yayıldığı, zülmün çoxaldığı bir zamanda Mehdinin dünyanı islah edəcəyini bildirmişdi.
Buna görə müsəlmanlar daim bu mövzunu güclü bir dayaq etmiş, təsəlli qaynağı və əhəmiyyətli bir hadisə olaraq tanımışdı, bu səbəbdən də onun zühurunu gözləyirdilər.
Xüsusilə dörd bir tərəfdən ümidsizliklə əhatə edildikləri böhranlı və zülm dövrlərində adı çəkilən inanc daha da bir canlanmaqda və yayılmaqdadır. Bundan ötəri islahat yanlıları və bəzən də mənfəətçilər bundan istifadə etməkdə idi.
Dini kökləri olan Mehdilik inancından faydalanmaq istəyən kəslərdən biri Əbu Müslimi Xorasanı idi. Əbu Müslim Xorasanda çox geniş bir hərəkət başlatdı.
Kərbəlada öldürülən İmam Hüseyn (ə) və dostlarının, Hişam ibn Əbdulməlik zamanında faciəvi bir şəkildə öldürülən Zeyd ibn Əli ibn Hüseynin (r.ə) və Vəlid zamanında öldürülən Yəhya ibn Zeydin intiqamını almaq üçün Əməvilərin zalım nizamına qarşı qiyam etdi.
Xalqdan bir qrup Əbu Müslimi vəd edilmiş Mehdi sanırdı. Bəziləri də qara bayraqlarla Xorasan tərəfindən gələn ordu olaraq qəbul edib Mehdinin zühur əlamətlərindən biri sayırdılar. Bu ümumi döyüşdə Şiələr, Abbas oğulları və digər müsəlmanlar hamı bir səfdə iştirak etmişlər. Əl-ələ verərək Əməviləri İslami xilafət mövqesindən uzaqlaşdırdılar.
Bu köklü hərəkət hərçənd Peyğəmbər ailəsinin qəsbedilen haqqını alçaq və Hz. Əlinin soyundan gələn günahsız yerə öldürülənlərin intiqamı üçün başladılmışdı.
Bu hərəkətin liderləri arasında həqiqətən xilafəti Hz. Əlinin soyundan gələnlərə vermək istəyənlərdə vardı, amma Abbasoğulları bu mühitdə böyük bir hiyləgərliklə hərəkəti həqiqi yolundan sapdırdılar və Şiə hökumətini ələ keçirdilər. Özlərini Peyğəmbərin Əhli Beyti olaraq göstərərək İslami xilafətin başına keçdilər.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.