Əhli sünnə alimləri və İmam Məhdinin (ə.f) doğumu

Bismillahir rəhmanir rəhim 

Əhli sünnə alimlərindən bir qrup da İmam Həsən Əsgərinin (ə) uşağının doğumunu, tarixini və atasını yazmışlar. İşdə bir neçə nümunə:

1- Məhəmməd b. Təlhə Şafei belə yazır: “Əbul Qasim Məhəmməd b. əl Həsən 258 ilində Samirrada doğulmuşdur. Atasının adı Həsəndir. Ləqəblərindən bəziləri də Hüccət, Xələfi Saleh və Muntəzərdir.” Daha sonra da Mehdi haqqında bir neçə hədis nəql edərək belə deyər: “Bu hədislərin misdaqı İmam Həsən Əsgərinin oğuludur ki bu anda qaibdir və sonradan zühur edəcək. “[1]

2- Məhəmməd b. Yusuf, İmam Həsən Əsgərinin (ə) vəfatını zikr etdikdən sonra belə yazır: “Məhəmməd adlı oğlu xaricində uşağı yox idi və “o gözlənililən imamdır” deyilməkdədir. “[2]

3- İbni Səbbağ Maliki belə yazır: “Kitabın 12-ci hissəsi, Əbil Məhəmməd Həsənin uşağı Əbil Qasim, Məhəmməd, Hüccət, Xələfi Saleh haqqındadır. Və bu şiələrin 12-ci imamıdır.” Daha sonra da onun bioqrafiyasını yazmış və Mehdi ilə əlaqədar bir sıra rəvayətləri nəql etmişdir. [3]

4- Yusuf b. Kızoğlu, İmam Həsən Əsgərinin şərhi halını bəyan etdikdən sonra belə yazır: “Oğlunun adı Məhəmməd, ləqəbi isə Əbu Abdullah və Əbul Qasimdir. Hüccət, Sahibəz Zaman, Qaim və Müntəzər da odur. İmamət onunla bitmişdir.” Daha sonra da Mehdi ilə əlaqədar bir sıra rəvayətlər nəql edir. [4]

5- Şəblənci “Nur-ul Əbsar” adlı kitabında belə yazır: “Məhəmməd, Həsən Əsgərinin oğuludur. Anası Nərcis və ya Saykal və ya Süsən adında bir kənizdir. Ləqəbi Əbul Qasimdir. İmamiyyə məzhəbi onu “Hüccət”,  “Xələfi Saleh”, “Qaim”, “Muntəzər” və “Sahibəz Zaman”  adlarıyla tanıyır”. [5]

6- İbni Həcər də “Əs Səvaiq-ul Muhriqa” adlı kitabında İmam Həsən Əsgərinin əhvalını bəyan etdikdən sonra belə yazır: “Məhəmməd” və “Hüccıt” olaraq adlandırılan “Əbu-l Qasim” adlı oğlundan başqa uşağı yox idi. O uşaq, atası vəfat edərkən beş yaşında idi. “[6] 

7- Məhəmməd Əmin Bağdadi “Səbaiqiq Zəhəb” adlı kitabında belə deyir: “Mehdi olaraq adlandırılan Məhəmməd, atası vəfat edərkən beş yaşında idi. “[7]

8- İbni Xulləqan, “Vəfəyat-ul Əyan” adlı kitabında belə yazır: “Əbu-l Qasim Məhəmməd b. əl-Həsən Əsgəri imamiyyənin 12-ci imamıdır. Şiələr onun Muntəzər, Qaim və Mehdi olduğuna inanırlar. “[8]

9- Əmr Hənd “Rəvzat-us Səfa” adlı kitabında belə deyir: Məhəmməd, Həsənin oğuludur. Ləqəbi Əbu-l Qasimdir. İmamiyyə onu Hüccət, Qaim və Mehdi qəbul edir. “[9]

10- Şərani “əl-Yəvaqiti vəl Cəvahir” adlı kitabında belə yazır: “Mehdi, İmam Həsən Əsgərinin oğuludur. 255 ilində Şaban ayının 15-ci gecəsində dünyaya gəlmişdir. Hz. İsa ilə birlikdə qiyam edənə qədər sağ və canlı qalacaq. 958 ilində olduğumuza görə bu anda “703” yaşındadır. “[10]

11- Şərani, İbni Ərəbinin “Futuhatı Məkkiyə” adlı kitabının 366-cı babından canlı belə deyir: “Yer üzü zülmlə dolunca Mehdi qiyam edəcək və yer üzünü ədalətlə dolduracaq. Mehdi, Hz. Rəsulullahın övladlarından və Hz. Fatimənin soyundandır. Cəddi Hz. Hüseyndir. Atası Həsən Əsgəri . İmam Əli Naqi b. İmam Məhəmməd Təqi b. İmam Əli Rza b. İmam Musa Kazim b. İmam Cəfəri Sadiq b. İmam Məhəmməd Baqir b. İmam Zeyn-ül Abidin b. Hüseyn b. Əli b. Əbi Talibdir. “[11]

12- Həccə Bəbirə “Fasl-ul Xitab” adlı kitabında belə deyir: “Həsən Əsgərinin oğlu Məhəmməd 255 ilində Şaban ayının 15-ci gecəsində dünyaya gəldi. Anasının adı Nərcisdir. 5 yaşında ikən atası vəfat etmişdir. O zamandan indiyə qədər qaibdir. Şiələrin Muntəzər (gözlənililən) imamı da odur. Varlığı, etibarlı əhli və səhabələri arasında isbat edilmişdir. Allah ömürünü Xızır və İlyas kimi uzatmaqdadır. “[12]

13- Əb-ul Fəlahı Hənbəli “Şəzəratız Zəhəb” adlı kitabında və Zəhəbi də “əl-İbər fi xəbəri məhrum ğabər” adlı kitabında belə yazır: “Məhəmməd, Həsən Əsgəri b. Əli Hadi b. Cəvad b. Əli Rza b. Musa Kazim b. Cəfəri Sadiqin oğuludur. Hüseynin və Əlinin soyundandır. Ləqəbi Əbul Qasimdir. Şiələr onu Xələf, Hüccət, Mehdi, Muntəzər və Sahibəz Zaman adlarıyla xatırlayırlar. “[13]

14- Məhəmməd b. Əli Haməvi belə yazır: “Əbul Qasim Məhəmməd Muntəzər “259” ilində Samirra şəhərində dünyaya gəldi. “[14]

Nəhayət adı zikr edilənlər və Əhli Sünnə alimlərindən digər bir qrup, İmam Həsən Əsgərinin (ə.s) uşağının doğum tarixini kitablarında yazmışlar. [15]

 

[1] – Mətalib-us Sul H. 1287 ili nəşri, s. 89.

[2] – Kifayət-ul Mətalib, s. 312.

[3] – Fusul-ul Muhimmə, 2. nəşri, s. 283-286.

[4] – Təzkirəti Havassil Ümmə, s. 204.

[5] – Nur-ul Əbsar, Misir nəşri, s. 204.

[6] – Əs Səvaiq-ul Muhriqa, s. 206.

[7] – Səbaiqiq Zəhəb, s. 78.

[8] – Vəfəyat-ul Əyan, c. 2, s. 24, H. 1284 nəşri.

[9] – Rəvzat-us Səfa, c. 3.

[10] – əl-Yəvakiti vəl Cəvahir, 1-ci nəşr, H. 1351, c. 2, s. 143.

[11] – əl-Yəvakiti vəl Cəvahir, s. 143.

[12] – Yənabi-ul Məvəddə kitabı, c. 2, s. 126.

[13] – Şəzəratız Zəhəb, Beyrut nəşri, s. 141; əl-Ibər fi xəbəri məhrum ğabər, Küveyt nəşri, c. 2, s. 31.

[14] – Tarixi Mənsuri, s. 114.

[15] – Daha çox məlumat üçün Hüseyn b. Məhəmməd Təqi Nurunun “Kəşf-ul Əstar” kitabı ilə Təbərsinin “Kifayət-ul Muvahhidin” c. 2 kitablarına müraciət edin.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment