Bismillahir Rəhmanir Rəhim
Ədalətin iki müxtəlif mənası var.
A) Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir.
Ədalətin bu mənası bütün dünyada, qalaktikamızda, atomlarda, insanın vücudunda, bitkilər və sair canlılar aləmində hökmranlıq edir.
Bu mənanı peyğəmbərin buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur) hədisində də görmək olar.
Məsələn, əgər yer kürəsi öz cazibə və dəfetmə qüvvələrini əldən versə öz tarazlığını itirmiş olar. Yaxud əgər bu iki qüvvədən biri digərindən çox olsa, ya günəş yer kürəsini özünə tərəf cəzb edərək və nəticədə yer kürəsi yanıb külə dönər, ya da yer kürəsi öz oxundan çıxaraq məhv olar.
Məlumdur ki, əgər suyu gül kolunun, yaxud meyvə ağaclarının dibinə töksələr, bu, yerli- yerində həyata keçirilmiş bir iş və ədalət olar. Yox, əgər suyu tikan koluna töksələr, bu, yerli- yerində həyata keçirilmiş iş və ədalət olmayacaq. Bu da zülm deməkdir.
B) Ədalətin digər mənası «camaatın haqqına riayət»dir. Bunun müqabilində isə, zülm və başqalarının haqqına riayət etməmək durur.
Ədalətin birinci mənası ikinci mənasından genişdir. (Çünki ikinci məna yalnız insanlara, birinci məna isə, istər insan, istərsə də qeyri-insan olsun, bütün məxluqata, aiddir.)
Allah üçün ədalətin hər iki mənası uyğun gəlir. Lakin ən çox ikinci məna nəzərdə tutulur.
Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını başqasına verir, nə də insanlar arasında ayrıseçkilik salır. O, hər cəhətdən adildir. Onun ədalətini gələn dərslərdə sübuta yetirəcəyik.
İstər birinin haqqını tapdalamaq, yaxud birinin haqqını başqasına vermək olsun, istərsə də insanlar arasında ayrıseçkilik salmaq olsun, Allahın qatında zülmün heç bir mənası yoxdur. O, heç vaxt yaxşı insanı cəzalandırmaz, pis insanı mükafatla təltif etməz, birini başqasının yerinə cəzalandırıb, yaxud mükafatlandırmaz, yaşı qurunun oduna yandırmaz. Hətta, əgər cəmiyyətdə bir nəfərdən başqa hamısı günahkar və pis adam olsa belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni səviyyədə tutmayacaqdır.
Ayətullahül-üzma Nasir Məkarim Şirazi. Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.